Olimpiya medalları dəyişdiriləcək
Icma.az bildirir, Idman.biz portalına istinadən.
İtaliyada keçirilən Olimpiya Oyunlarında bəzi idmançılara təqdim edilən medallarla bağlı problem üzə çıxıb.
İdman.Biz xəbər verir ki, təşkilat komitəsi qüsurlu mükafatların təmir ediləcəyini və ya tamamilə yenisi ilə əvəzlənəcəyini açıqlayıb. Qərar medalların istehsalına cavabdeh olan İtaliya zərbxanası ilə birlikdə qəbul olunub.
Təşkilat komitəsinin əməliyyat xidmətinin rəhbəri Luka Kasassa məsələ ilə bağlı danışıb:
“Bəzi medallarda qüsurlar var idi. Təşkilat komitəsi dərhal bu problemlə məşğul oldu və medalların istehsalına cavabdeh olan zərbxana ilə birlikdə həll yolu tapıldı. Problemlə üzləşən atletlər mükafatları geri qaytara bilərlər. Onlar ya təmir olunacaq, ya da dəyişdiriləcək”.
Xatırladaq ki, daha əvvəl İsveçli xizəkçi Ebba Anderssonun medalı çatlamış, bəzi digər idmançılarda isə lentlərin qopması halları qeydə alınmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 10 Fevral 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















