Icma.az
close
up
RU
Ölkə başçısı COP29un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı ilə Qərbin ikiüzlü siyasətini bütün çılpaqlığı ilə ortaya qoydu

Ölkə başçısı COP29un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı ilə Qərbin ikiüzlü siyasətini bütün çılpaqlığı ilə ortaya qoydu

Sonxeber.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə başçısı COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı ilə Qərbin ikiüzlü siyasətini bütün çılpaqlığı ilə ortaya qoydu

"COP29 digərlərindən yüksəksəviyyəli təşkilatçılığı ilə fərqlənir və əminəm ki, bu bir neçə gündə qarşıya qoyulan bütün məqsədlərə uğurla nail olacağıq".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, COP29-a Azərbaycanın sədrlik etməsi ölkəmizin ətraf mühit məsələlərindəki liderlik rolunu bir daha nümayiş etdirir:

"Bu cür möhtəşəm tədbirə ev sahibliyi etməyimiz Azərbaycanın ətraf mühitin mühafizəsi və yaşıl enerji sahələrində atdığı nəhəng addımları dünyaya təqdim etməsi üçün mükəmməl fürsətdir. Xüusilə də 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra Azərbaycan ətraf mühitin qorunması istiqamətində çox mühüm addımlar atmaqdadır. Ölkəmiz zəngin təbii sərvətləri, ətraf mühitin mühafizəsi və yaşıllaşdırma sahəsində də atdığı addımlarla diqqəti cəlb edir. COP29-un Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki uğurlarını beynəlxalq aləmə təqdim etməsi üçün əla fürsətdi".

Emil Əkbərov vurğulayıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi cənab prezident İlham Əliyevə və ölkəmizə olan etimadın sübutudur:

"Təbii ki, bu cür möhtəşəm tədbirə Azərbaycanın ev sahibliyi etməsi ilə barışmayan bəzi ölkələr və təşkilatlar tərəfindən ölkəmizə qarşı çirkin qarayaxma kampaniyasının başladılması gözlənilən idi. Dünya dövlətlərinin Azərbaycana, onun prezidentinə göstərdiyi bu böyük etimad bəzi ermənipərəst qüvvələrdə qısqanclıq yaratdı. Bu gün həmin qüvvələr apardıqları çirkin qarayaxma kampaniyası ilə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Cənab prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı erməni lobbisinin əlində oyuncağa çevrilən həmin qüvvələrə tutarlı cavab verdi. Dövlətimizin başçısının açılış mərasimindəki möhtəşəm çıxışı alqışlarla qarşılandı".

Emil Əkbərov vurğulayıb ki, ölkə başçısının mötəbər tribunadan səsləndirdiyi fikirlər günümüzün acı reallığını bir daha ortaya qoydu:

"Təəssüf ki, bu gün Azərbaycanla başqa dünyanın əksər dövlətləri Qərbin ədalətsiz yanaşmalarından, təzyiq və təhdidlərindən əziyyət çəkir. Cənab prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı ilə qərbin riyakar və ikiüzlü siyasətini bütün çılpaqlığı ilə ortaya qoydu.

Azərbaycan 44 günlük Vətən müharibəsində BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücünə icra etdi.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. Dörd il öncə əldə etdiyimiz möhtəşəm zəfərlə həm ərazi bütövlüyümüzü, həm də öz suverenliyimizi tam bərpa etdik. Biz zəfərimizi BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun qazandıq. Həmin qətnamələr otuz il kağız üzərində qalmışdı. Biz həmin qətnamələrin tələblərini beynəlxalq hüququ və ədaləti öz gücümüzə bərpa edərək, Ermənistanın işğalına son qoyduq".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 14 Noyabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see248

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see206

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see170

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see139

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see137

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri