Ölkə ərazisində dözülməz istilər başlayır Gülşad Məmmədova tarixi AÇIQLADI
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun 40-41 dərəcəyə yüksələcəyi ilə bağlı xəbərdarlıq verib.
Redaktor.az xəbər verir ki, Xidmətin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a açıqlamasında temperaturun yüksəlməsinin səbəbini cənubdan ölkəmizə isti hava kütlələrinin daxil olması ilə əlaqələndirib.
“Ölkəmizə isti hava kütlələrinin daxil olması nəticəsində Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan Mutar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır”, - deyə G.Məmmədova qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 24 İyul 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















