Icma.az
close
up
RU
Ölkə qarışdı, milyonlarla azərbaycanlı susdu: Tehranı qəzəbləndirən ÇAĞIRIŞ

Ölkə qarışdı, milyonlarla azərbaycanlı susdu: Tehranı qəzəbləndirən ÇAĞIRIŞ

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranda baş verən prosesləri yaxından izlədiyini və vəziyyətə müdaxilə etməyə hazır olduğunu bildirib. Trampın sözlərinə görə, əgər İran hakimiyyəti dinc etirazçılara atəş açarsa, ABŞ onlara kömək edəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə Donald Trampın bəyanatını ölkəsinin daxili işlərinə müdaxilə cəhdi adlandırıb. Bəqai Tehranın daxili məsələlərin həllinə üçüncü ölkələrin müdaxiləsinə qətiyyən dözməyəcəyini söyləyib.

Paralel olaraq isə İranda kütləvi etirazlar davam edir, hətta polislə etirazçılar arasında baş verən qarşıdurmada ölənlərin olduğu bildirilir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli ABŞ-ın İrana hərbi müdaxiləsinin hazırkı mərhələdə mümkün olmadığını bildirib.

Onun sözlərinə görə, Donald Trampın açıqlamaları daha çox xəbərdarlıq xarakteri daşıyır:

“Tramp yaxşı bilir ki, belə bir müdaxilə əks reaksiya doğura bilər. ABŞ-ın İrana açıq müdaxiləsi nəticəsində ölkə daxilində etirazların dayanmasına da mümkündür. Daxildə aksiyalar nə qədər şiddətli olsa da, İran cəmiyyətinin xarici müdaxiləni qəbul edəcəyi inandırıcı deyil. Xüsusilə illərdir mövcud rejimin ideologiyası ilə formalaşdırılan cəmiyyət istənilən xarici müdaxiləni işğal cəhdi kimi qiymətləndirərək etirazları bir kənara qoyacaq.


Qabil Hüseynli 

ABŞ prosesi yaxından izləyir. Təcrübə göstərir ki, Vaşinqton adətən yalnız son mərhələdə, proseslər artıq yekunlaşmaq üzrə olanda müdaxilə edir və nəticədən özünə siyasi pay çıxarmağa çalışır. Bu dəfə də oxşar ssenari mümkündür. Mövcud İran hakimiyyətinin devrilməsi indiki mərhələdə Vaşinqtonun maraqlarına uyğun ola bilər. Trampın son anda prosesə müdaxilə edərək “İrandakı məsələni mən həll etdim”- deməsi də mümkündür.

Hazırda etirazlar davam edir və nəticənin necə olacağı hələlik bəlli deyil. Lakin bir reallıq var ki, İranda mövcud hakimiyyətin ömrü uzun görünmür. Bu, artıq dəfələrlə təkrarlanan bir prosesdir. Xalq mövcud vəziyyətlə barışmır və vaxtaşırı etiraz səsini yüksəldir. Bununla belə, qeyd etməliyəm ki, baş verənlər hələ inqilab səviyyəsində deyil. Ümumiyyətlə, Güney Azərbaycanın aksiyalarda passiv qalması diqqət çəkir. Tarix isə göstərir ki, İranda inqilabi proseslər məhz Güney Azərbaycanın fəal iştirakı ilə nəticələnib”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri