Ölkə üzrə ən yüksək əməkhaqqının olduğu sahələr açıqlandı
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
Ölküzrə ən yüksək orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesindədir.
Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, bu sektorda orta aylıq nominal əməkhaqqı 3 743 manat təşkil edir.
Orta aylıq nominal əməkhaqqının yüksək olduğu digər sahə maliyyə və sığorta sektorudur. Bu sahədə işləyənlərin orta aylıq nominal əməkhaqqları 3148 manat təşkil edir.
Ən aşağı orta aylıq nominal əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsindədir. Bu sektroda fəaliyyət göstərənlər 681,7 manat maaş alırlar.
Ümumilikdə rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksəkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1095,0 manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 12 İyul 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















