Icma.az
close
up
RU
Ölkə üzrə pestisidlərin satışına dair monitorinqlərə başlanılıb VİDEO

Ölkə üzrə pestisidlərin satışına dair monitorinqlərə başlanılıb VİDEO

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması məqsədilə monitorinqlərə başlanılır. Tədbir Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamına əsasən Nazirlər Kabineti yanında aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılmış “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın 2025–2026-cı illər üzrə İş Planı çərçivəsində həyata keçirilir.

"Unikal" xəbər verir ki, monitorinqlər AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qruplar tərəfindən aparılır. Tədbirlərin məqsədi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin təhlükəsizlik tələblərinə riayət olunmasını, saxtalaşdırma hallarının qarşısının alınmasını və istifadəçilərin keyfiyyətli preparatlara əlçatanlığını təmin etməkdir.

Monitorinqlər zamanı təsərrüfat subyektlərində məhsulların saxlanma şəraiti, təhlükəsizlik və yanğın əleyhinə sistemlər, məsafə və infrastruktur tələbləri, dövlət qeydiyyatı və etiketləmə tələbləri, həmçinin məhsulların keyfiyyəti və yararlılıq müddəti yoxlanılacaq. 

Qanunvericiliyə əsasən dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, istifadəsi qadağan edilmiş və yararlılıq müddəti bitmiş preparatların istehsalına, idxalına, saxlanmasına və satışına yol verilmir. Zəhərli maddələr yalnız xüsusi təhlükəsiz anbarlarda saxlanmalı, yanğınsöndürən vasitələr və havalandırma sistemi ilə təmin edilməlidir. Aşkar ediləcək qeyri-qanuni və istifadəyə yararsız preparatlar “Cəngi pestisid poliqonu”na daşınaraq təhlükəsiz şəkildə zərərsizləşdiriləcək. 

AQTA xəbərdarlıq edir ki, sahibkarlar qanunvericiliyin bütün tələblərinə ciddi əməl etməli və məhsulların təhlükəsiz dövriyyəsini təmin etməlidirlər. 



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Noyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri