Icma.az
close
up
RU
Ölkədə dələduzluq cinayətləri niyə artıb? HÜQUQŞÜNASLAR DANIŞIR

Ölkədə dələduzluq cinayətləri niyə artıb? HÜQUQŞÜNASLAR DANIŞIR

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər Azərbaycanda dələduzluq cinayətlərinin sayı durmadan artır. Çıxarılan məhkəmə hökmlərində də dələduzluq cinayətərinə görə məhkum olunanları sayı digərlərindən artıqdır. 

İstər virtual dünyada, istərsə də real aləmdə hər gün onlarla, yüzlərlə insan dələduzluğun qurbanı olur. 

Bütün bunların fonunda isə dələduzluqla mübarizənin də bir o qədər effektiv olmaması sezilir. 

Dələduzluq cinayətlərinin təhlili ilə bağlı müxtəlif versiyalar var.

Bunlardan biri odur ki, ölkədə dövlət strukturlarında rüşvət halları olduğuna görə, insanlar hər hansısa bir məsələsini həll etmək üçün rüşvət verməli olur və belə olduğu təqdirdə isə əksər hallarda dələduzun qurbanına çevrilir.

Vəkil Aslan İsmayılov Gununsesi.info-ya açıqlamasıdna bu deyilənləri təsdiq edib:

“Bu gün hüquq-mühafizə orqanlarına edilən müraciətlərin yarısı dələduzluqla bağlıdır desəm, yanılmaram. Bu, o demək deyil ki, biz xalq olaraq dələduzuq. Xeyr. Sadəcə, ölkədə baş verənlər bu problemləri yaradır. Bir qisim insanlar dələduzluq yolu ilə xalqa çatmalı olan pulları büdcədən talayır, digərləri isə vəzifələrindən sui-istifadə edib rüşvətlə milyonlar toplayır. Digər şəxslər də görürlər ki, bəziləri heç bir zəhmət çəkmədən milyonlarla əlləşir və qərara gəlirlər ki, onların “yükünü bir az yüngülləşdirsin”.

Məhkəmələrdə gedən proseslərdən görünür ki, zərərçəkənlərin əksəriyyəti vəzifə sahibləri, cinayət törədənlər isə yüngül qazanc əldə etmək istəyənlərdir. Bunların hamısı bir-birindən doğan proseslərdir və kökü də ölkədə tüğyan edən qanunsuzluqdur. Bu gün mətbuatdan oxudum ki, iki nəfər Zərdab və Mingəçevirdə icra başçısı olmuş Lütvəli Babayevin oğlunun 2 milyon manatını dələduzluq yolu ilə mənimsəyib. Məhkəmə prosesində də əsas şahid zərərçəkənin icra başçısı olan atasıdır. Bir nəfər də atadan soruşmur ki, sənin oğlun o 2 milyonu haradan alıb?!

Bu günkü təcrübəyə əsasən xüsusi olaraq bildirirəm ki, bütün bu problemlərdən qazanan hüquq-mühafizə orqanları və məhkəmələrdir. Birinci mərhələdə zərərçəkən ən azı ziyanın 50%-ni hüquq mühafizə orqanları ilə bölüşməsə işin məhkəməyə getmək şansı yoxdur. Əgər bölüşərsə cinayətkar haqqında iş məhkəməyə gedər. Bununla da bitmir. Bu mərhələdə də zərərçəkən qalan ziyanı məhkəmə ilə bölüşməlidir.

Vəkil Fuad Ağayev isə deyir ki, bu cür hallarda məncə, birinci səbəb iqtisadi vəziyyətdir: “Yəni, insanların maddi durumunun ağırlaşması, real işsizlik səviyyəsinin artması da təsirsiz ötüşmür. O cümlədən digər bir səbəb də bu məsələdə qanunvericiliyin ardıcıl tədbiq olunmaması və bir sıra dələduzların arxasında müxtəlif  orqanlarında işləyən vəzifəli şəxslərin dayanmasıdır. O yerdəki bir-iki epizoddan sonra kimsə məsuliyyətə cəlb edilə bilər, bununla da onun cinayətkar fəaliyyətinin qarşısı alınar və buna baxmayaraq alınmır, edilmirsə, dələduzluq törədən şəxsin qurbanlarının sayı da dəfələrlə çoxalır. Bir sözlə, bu sahədə ardıcıl mübarizə aparılmır”.

Vəkilin sözlərinə  görə, korrupsiya ilə mübarizə şüurlarla yox, əməllərlə olmalıdır: “Əlbəttə ki, dövlət qulluğunda hansısa vəzifələrə getmək tam şəffaf şəkildə həyata keçməlidir, olduqca ciddi nəzarət lazımdır.  Və həm də ictimai nəzarət. İctimai nəzarət o deyil ki, iqtidardan asılı olan hansısa QHT onunla məşğul olsun, ictimai nəzarət həm də odur ki, vətəndaş cəmiyyəti, tanınmış ictimai xadimlər, cəmiyyətin etimad göstərdiyi şəxslər də bu proseslərdə olmalıdır, ən azından müşahidə etməlidir, müvafiq tədbirlərin görülməsi istiqamətində addımlar atmalıdır”.

Firuzə Mahmudova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Oktyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri