Icma.az
close
up
RU
Ölkədə əcaib trend “boşanma partiləri” başladı KONKRET

Ölkədə əcaib trend “boşanma partiləri” başladı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Dünyada son illər populyarlaşan yeni tendensiyalardan biri – “boşanma partiləri” artıq Azərbaycanda da görünməyə başlayıb.

Belə ki, ailə həyatının başa çatmasını kədər və itki deyil, “yeni başlanğıc” kimi qeyd edən şəxslər boşanma münasibətilə dostları ilə məclis təşkil edir, hətta bu mərasimi sosial şəbəkələrdə paylaşırlar. Ənənəvi olaraq Azərbaycanda boşanma ailə üçün ciddi və emosional hadisə hesab olunur. Bu səbəbdən nikahın sona çatmasının şənlik, tort və xüsusi mərasimlə qeyd edilməsi cəmiyyətdə birmənalı qarşılanmır.

KONKRET.az  xəbər verir ki, deputat Azər Allahverənov Musavat.com-a qeyd edib ki, boşanmalarla bağlı yeni-yeni trendlər özünü büruzə verməkdədir: “Bir tərəfdən statistik göstəricilərin artdığını, digər tərəfdən isə bu prosesə münasibətdə yeni davranış modellərinin formalaşdığını görürük. Xüsusilə əvvəllər mühafizəkar cəmiyyətlərdə qəbul olunmayan bəzi yanaşmalar indi daha müasir davranış forması kimi ortaya çıxır. Onlardan biri boşanmanın xüsusi şəkildə qeyd edilməsi, hətta bununla bağlı əyləncə gecəsi və ya “boşanma partisi” təşkil olunmasıdır. Bu ənənə xarici ölkələrdə müəyyən qədər yayılıb. Azərbaycanda isə hələ geniş xarakter almasa da, xüsusilə sosial mediada belə nümunələrə rast gəlmək mümkündür”.

Onun fikrincə, psixoloji baxımdan belə bir tədbir tərəflərin yaşadığı gərginlikdən azad olması, yeni mərhələyə keçidi qəbul etməsi kimi izah edilə bilər: “Digər tərəfdən, bunu insanın öz həyatına dair sərbəst qərar verməsi və müstəqilliyini yenidən qazanması kimi qiymətləndirən yanaşmalar da mövcuddur. Ənənəvi Azərbaycan cəmiyyətində isə boşanma uzun müddət utancverici hadisə kimi qəbul olunub. Boşanan şəxslər, xüsusilə qadınlar, ictimai qınaq və müxtəlif stiqmalarla üzləşiblər. Belə hallarda ailənin gələcək taleyindən və həmin nikahda olan şəxslərin xoşbəxtliyindən daha çox, ətrafın və cəmiyyətin münasibəti ön plana çıxıb”.

Ölkədə “boşanma partisi”nə gəldikdə, deputat qeyd edib ki, burada müxtəlif situasiyalar mümkündür: “Bəzi hallarda keçmiş həyat yoldaşlarının hər ikisi belə tədbirdə iştirak edir və ayrıldıqlarını qarşılıqlı anlaşma şəraitində qeyd edirlər. Xüsusilə uşaqların olduğu ailələrdə tərəflərin münasibəti sivil şəkildə sonlandırması uşaqların psixoloji vəziyyətinə mümkün mənfi təsirlərin azaldılması baxımından əhəmiyyətli ola bilər. Başqa bir halda isə belə tədbiri yalnız tərəflərdən biri təşkil edir, digəri iştirak etmir. Bu zaman həmin şəxsin ayrılığı daha sakit və sivil şəkildə qəbul etdiyini nümayiş etdirmək istəməsi mümkündür. Digər tərəf isə bu qərarla razılaşmaya və ya tədbirə fərqli münasibət göstərə bilər. Ona görə də hər konkret hadisənin öz kontekstində qiymətləndirilməsi lazımdır”.

Onun sözlərinə görə, “boşanma partisi”ni birmənalı şəkildə yaxşı və ya pis hadisə kimi qiymətləndirməkdənsə, onun hansı şəraitdə və hansı məqsədlə keçirildiyinə diqqət yetirmək lazımdır: “Əgər bu, tərəflərin qarşılıqlı razılığı ilə, heç kəsi alçaltmadan və qarşıdurma yaratmadan ayrılığı qəbul etməsinin bir formasıdırsa, bunu yeni sosial davranış modeli kimi nəzərdən keçirmək mümkündür. Nəticə etibarilə, boşanmaya münasibətin dəyişməsi ailə institutunda baş verən daha geniş transformasiyanın bir hissəsidir. Bu prosesə sosioloji, psixoloji, hüquqi və demoqrafik aspektlərdən yanaşmaq mümkündür. Yeni davranış modellərinin formalaşması da məhz bu dəyişikliklərin fonunda meydana çıxır. Əsas olan isə boşanmanın özündən daha çox, tərəflərin ayrıldıqdan sonra bir-birinə və xüsusilə uşaqlara münasibətidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Sentyabr 2026 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri