Icma.az
close
up
RU
Ət bazarında vəziyyət kəskin dəyişdi Qiymətlər belə olacaq

Ət bazarında vəziyyət kəskin dəyişdi Qiymətlər belə olacaq

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyi buna qarşı mübarizə aparmaq məqsədilə profilaktik peyvəndləmə tədbirinə başlasa da, iddialara görə, istifadə olunan vaksinlər keyfiyyətsizdir. Məhz bu səbəbdən bəzi heyvanlar tələf olur. Hətta bildirilir ki, həmin mal-qara əti istehlak üçün satışa çıxarılır. Artıq bu hal əhali arasında narahatlıq yaradıb. İnsanlar satılan ətlərin həmin xəstə heyvanlara aid ola biləcəyindən ehtiyat edirlər. Nəticədə, son günlərdə insanların ət seçimində dəyişiklik müşahidə olunur. İndi bir çoxları mal əti əvəzinə, toyuq və digər ət növlərinə üstünlük verirlər.

Ət bazarında nə baş verir? Bu hadisələr fonunda nələr gözlənilir?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, ət məhsulları bir-birinə alternativ olan məhsul kateqoriyasına daxildir:

“Məsələn, toyuqda hər hansı xəstəlik aşkarlandıqda alıcılar xırda və ya iri buynuzlu heyvan ətinə yönəlir. Bu isə digər alternativ məhsulda süni qiymət artımına şərait yaradır. Lakin çıxış yolu hər zaman bu olmamalıdır. Seçimlərdən biri kimi toyuq məhsulları da göstərilir. Hazırda mal-qara ətini əsasən toyuqla əvəzləyənlər var. Amma mağazalardan alınan, 40 gün ərzində süni üsullarla böyüdülən broylerlərin faydalılığı da mübahisə doğurur. Ümumilikdə, süni qiymət artımını çox vaxt özümüz yaradırıq. Media və sosial şəbəkələrdə əsassız məlumatların və panikanın yayılması bazarda qiymətlərin bahalaşmasına səbəb olur”.

Günay Hüseynova

İqtisadçı bildirib ki, tələb və təklifə uyğun olaraq qiymətlər dəyişə bilər:

“Qiymətlərin tam sabit qalması gözlənilmir, lakin cüzi artım mümkündür. Əvvəlki illərlə müqayisədə iqtisadiyyat və kənd təsərrüfatı sahəsində maraqlı vəziyyət formalaşıb. Kənd və rayonlardan paytaxta kütləvi köç kirayə mənzil bazarına, eləcə də ərzaq qiymətlərinə təsir göstərib. Son illər şəhər ətrafında kiçik ev təsərrüfatlarının sayı artıb. Bununla yanaşı, çoxmərtəbəli binalarda mənzillərin satılmaması da müşahidə olunur. Bütün bu amilləri nəzərə alaraq, növbəti 5-10 il ərzində ərzaq məhsullarında inflyasiya sürətinin kəskin artmayacağını düşünmək olar”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri