Ölkədə iqtisadi fəal əhali sayı 5,4 milyondur İqtisadçı
Icma.az bildirir, 525.az portalına istinadən.
“İlkin məlumatlara əsasən, Azərbaycanda işsizlərin sayı 278.9 min nəfər olub. İşsizlik səviyyəsi ölkə üzrə 5,2 faiz təşkil edib. İqtisadi fəal əhalinin sayı 5 milyon 381.5 min nəfər olmuş, onlardan 5 milyon 102.6 min nəfərini məşğul əhali təşkil edib. Ölkədə iqtisadi fəal əhali sayı, yuvarlaq olaraq, 5,4 mln. nəfərdir. Elə həmin hökumətin öz məlumatına görə məmləkətdə muzdla, yəni, rəsmi iş müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 781.4 min nəfər təşkil edir. Deməli, ölkədə 5,4 mln. əmək qabiliyyətli insan var, bunlardan rəsmi müqavilə ilə çalışanların sayı 1,8 milyondur. Yəni, 3,6 mln. insan rəsmi olaraq heç yerdə işləmir, amma, məşğuldur – nə ilə məşğuldur, bunu açıqlamırlar. 2025-ci ilin məlumatlarına görə, ölkədə aktiv vergi ödəyicilərinin sayı 845 min olub. Tutalım, 845 min VÖEN-lə çalışır, halbuki, reallıqda belə deyil. Bildirilir ki, kənd təsərrüfatında 1,7 mln. insan çalışır, məşğulluğunu təmin edir. Amma, harda, necə çalışır, nə qazanır, nə yeyir, nə içir – bu haqda dəqiq məlumat yoxdur”.
Bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a bildirib. Onun sözlərinə görə, ölkədə 1,7 mln. insan aqrar sahədə çalışsın, amma, bu qədər insanın, məsələn, ixracatda payı 1 mlrd. dollara belə çatmasın, yəni, aqrar sahədə çalışan hər bir vətəndaş aya 49 dollar dəyərində mal-məhsul ixrac edir: “Məsələn, Hollandiyada iqtisadi aktiv əhalinin cəmi 2,5%-i aqrar sektordadır, amma ildə 140 mlrd. dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edirlər. Yəni, aqrar sektorda çalışan hər bir hollandiyalı ilə 440 min dollarlıq məhsul ixrac edir, bizdə 49 dollarlıq – yəni, holland bizdən 9000 dəfə çox xaricə aqrar sektor məhsulu satır”.
Ekspert qeyd edib ki, ölkədə 1,8 mln. rəsmi müqavilə ilə çalışır, 1,7 mln. aqrar sektorda işləyir, 845 min də VÖEN-lə qazanır, toplamda 4 mln. 345 min nəfərdir, ölkədə iqtisadi fəal əhali sayı isə 5,4 milyondur, yaxşı, bu 1 mln. 055 min insan hardadır, nə işlə məşğuldur, niyə işsiz kimi qeydiyyatda deyil?”.
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 17 Noyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















