Icma.az
close
up
RU
İranda hökumət BÖHRANI Pezeşkian hakimiyyətdən YOLA SALINIR?

İranda hökumət BÖHRANI Pezeşkian hakimiyyətdən YOLA SALINIR?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranda ciddi hökumət böhranı yaşanır. İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.
Digər tərəfdən, İran prezidenti Məsud Pezeşkian nüvə sazişi ilə bağlı ABŞ-la dialoqu bərpa etmək niyyətində olub. Lakin İslam Respublikasının lideri Ayətullah Əli Xamenei buna qarşı çıxıb. Habelə, Pezeşkianın dil sahəsində islahatlarla bağlı istəklərini də parlament rədd edib. Yaranmış vəziyyət İranda mühafizəkarlarla islahatçılar arasında gərgin mübarizənin getdiyindən xəbər verir.
Belə vəziyyətdə görəsən, Pezeşkian da impiçmentə göndərilə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, Pezeşkianın da istefaya getməklə bağlı qərar verəcəyini düşünmür:
“İran parlamentində iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinə impiçment elan edilir. İclasdan dərhal sonra İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif də istefa ərizəsini təqdim edir. Hələlik Pezeşkian onun istefa ərizəsini qəbul etməyib. Bu Zərifin son 6 ay ərzində ikinci istefasıdır. Birinci dəfə ötən ilin avqustun əvvəlində istefa verib. Lakin Pezeşkian sonradan onu öz vəzifəsinə qaytardı. O, 2013-2020-ci illərdə İranın XİN rəhbəri olub. Həmçinin, nüvə sazişi üzrə baş müzakirəçi olub. Pezeşkianın Prezident seçilməsilə o yenidən siyasətə qayıdıb. Növbəti dəfə istefasının qəbul edilib edilməyəcəyi zamana bağlı məsələdir”.
Ancaq deputat deyir ki, istənilən halda gərginliyin hökm sürdüyünün fərqindəyik:
“Ən azından nüvə danışıqları üzrə dialoqu bərpa etməklə bağlı Pezeşkianın niyyəti ortalıqdadır. Lakin Ali dini lider Əli Xamenei buna qarşı çıxır. Yaranmış vəziyyətdə Pezeşkianın Ali dini liderin mövqeyilə razılaşacağı, yoxsa, həmin mövqeyə əks cavab verərək istefaya getməklə bağlı mövqe bildirəcəyi məsələsi də zamana bağlı məsələdir.
Amma hesab etmirəm ki, Pezeşkian sırf bu amil üzərindən istefaya getsin. Nüvə sazişi məsələsində Ali dini liderlə fikir ayrılığının olması fonunda Pezeşkianın istefaya getməklə bağlı qərar verəcəyini düşünmürəm. Hesab edirəm ki, o ən azından Ali dini liderin mövqeyilə bu və ya digər formada razılaşaraq, öz kürsüsündə qalmağa üstünlük verəcək. Bununla yanaşı, hökumət daxilində ciddi mövqe fərqliliyi olacaqsa, növbəti istefalar da istisna deyil”.
Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Mart 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri