Icma.az
close
up
RU
Ölkədə taksilərin gəlirləri artıb

Ölkədə taksilərin gəlirləri artıb

Icma.az, Azpost saytına istinadən bildirir.

Azərbaycanda minik taksilərinin gəlirləriləri son bir ildə 2024-cü ildə isə gəlirlər 253,7 milyon manata yüksəlib, xərclər isə 108,2 milyon manata qədər artaraq rekord səviyyəyə çatıb.

AzPost Banker.az-a istinadən xəbər verir ki, gəlirlər illik müqayisədə 10 faiz artarkən, xərclər daha çox 17% artıb. Bu da taksilərin zərərlilik əmsalının 40 faizdən 43 faizə yüksəlməsinə gətirib çıxarıb. Yəni hər 1 manatlıq gəlir qarşılığındakı xərcləri 40 qəpikdən 43 qəpiyə qalxıb. Taksilər ötən il 145.5 mln. manat ümumi mənfəət əldə ediblər.

2020-ci ildə əmsal 40,4 faiz, 2021-ci ildə 36,6 faiz, 2022-ci ildə 31,9 faiz, 2023-cü ildə isə 40 faiz idi. Yəni, 2022-ci ildə ən aşağı səviyyəyə enmiş zərərlilik göstəricisi sonrakı illərdə yüksəlməyə başlayıb.

Dövlət Statistika Komitəsinə görə, sərnişin sayı isə 90,8 milyon nəfərə düşüb. Öncəki ildə sərnişin sayı 94.12 mln. nəfər olub.

2020-ci ildə taksilərin ümumi gəliri 133,6 milyon manat təşkil edib, xərc isə 54,0 milyon manat olub. Bu dövrdə daşınan sərnişinlərin sayı 44,9 milyon nəfər idi. 2021-ci ildə həm gəlir (157,7 milyon manat), həm də sərnişin sayı (86,9 milyon nəfər) kəskin artıb. Lakin 2022-ci ildə sərnişin daşımalarında azalma (83,8 milyon nəfər) qeydə alınsa da, gəlirlər 223,7 milyon manata yüksəlib.

2023-cü ildə sektorun gəliri 231,4 milyon manata, xərcləri isə 92,7 milyon manata çatıb. Sərnişin daşımaları 94,1 milyon nəfərə qədər artıb.

Son bir ildə Azərbaycanda taksi sektoruna ciddi qaydalar gətirilib. 2024-dən etibarən lisenziyasız fəaliyyətə qarşı cərimələr tətbiq olunub, operatorlar üçün 3 000 manat rüsum müəyyən edilib, avtomobillər isə ən az Euro-5 standartına uyğun, 8 ildən köhnə olmamalı və 15 ildən yaşlı maşınların istifadəsi qadağan edilib. Bundan başqa, taksilərin ağ və ya qırmızı rəngdə olması, damalı nişan, “TAXI” işarəsi, video kamera və sərnişin üçün indikator cihazı ilə təchiz edilməsi tələb olunur.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Sentyabr 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri