Icma.az
close
up
RU
Ölkədən çıxışınıza STOP qoyulub qoyulmamasını belə öyrənə bilərsiniz

Ölkədən çıxışınıza STOP qoyulub qoyulmamasını belə öyrənə bilərsiniz

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bəzən olur ki, kimsə xaricə getmək üçün hava limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki onun ölkədən çıxışına STOP qoyulub.İndiki halda bunu elektron formada qabaqcadan öyrənmək mümkündürmü?BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bu suala cavab olaraq bildirib ki, vətəndaşa ölkədən çıxışa qoyulan qadağanı hazırda yalnız iki qurumdan və ödənilməyən borclarla bağlı qabaqcadan onlayn formada öyrənmək olar:“Borcla bağlı STOP qoyulmasını öncədən Ədliyyə Nazirliyi və DİN-nin elektron xidmətləri vasitəsilə öyrənmək olar.Digər hallarda tətbiq edilən STOP qadağası haqqında məlumatı qabaqcadan elektron fromada əldə etmək isə indiki halda mümkün deyil.Bəs myGov platforması vətəndaşlara STOP-la bağlı belə xidmət, məlumatlandırma təqdim edə bilərmi ? Əlbəttə mümkündür.Artıq bəzi dövlət xidmətləri ilə bağlı bu tip oxşar məlumatlandırma myGov tərəfindən təqdim edilir.Hazırda qanunvericiliyə görə aşağıdakı qurumlar STOP qadağası ("Sərhədkeçməyə məhdudiyyət siyahısı") tətbiq edə bilər:1.Ədliyyə Nazirliyi2.DİN3.FHN4.Vergilər Nazirliyi5.Baş Prokurorluq6.DSX7.DTX8.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti9.DGKDSX-nın özəl informasiya sistemi olmadığından STOP qadağası DİN-nin tabeliyində olan İAMAS (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə həyata keçirilir.Yəni, çıxışına qadağa qoyulan şəxsin ad və soyadı buradakı STOP siyahısına əlavə olunur.DSX əməkdaşı sərhədi keçmək istəyənin ad və soyadını DİN-nin bu sisteminə daxil etdikdə STOP qoyulan vətəndaşla bağlı məlumat görsənir.Düşünürəm ki ASAN, daha doğrusu Elektron Hökumətin İnkişafı Mərkəzi adı çəkilən qurumla birgə myGov üzərindən bu xidməti təqdim edə bilər.Əgər STOP-la bağlı məlumat İAMAS-da qabaqcadan varsa onun öncədən də myGov-da qeydiyyatdan keçən vətəndaşın telefonuna göndərilməsi, düşünürəm ki problem olmamalıdır.Lazım gələrsə bu sistemin Əsasnaməsində də bununla bağlı hansısa dəyişiklik etmək mümkündür.myGov-da qeydiyyatdan keçən vətəndaşlara hazırda bir sıra xidmətlər, etibarnamələrin, pasportun və ya sürücülük vəsiqəsinin vaxtının bitməsi haqqında məlumatlandırma və s xidmətlər təqdim edilir.Eyni qayda ilə düşünürəm ki müvafiq informasiya sistemləri arasında inteqrasiyanı təmin etməklə myGov üzərindən STOP-la bağlı məlumatlandırmanı da vətəndaşa təqdim etmək olar.Ümid edirəm yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Aprel 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri