Ölkələrarası gərginlik rus turistlərin Azərbaycana səyahətinə necə təsir edib? AÇIQLAMA
Icma.az bildirir, Bakupost portalına istinadən.
İki ölkə arasındakı gərginlik Rusiya turoperatorlarının işinə təsir etməyib.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səyahət Sənayesi İttifaqı (RUTI) məlumat yayıb.
Birliyin yaydığı açıqlamaya görə, rus turistlər Azərbaycanda özləri üçün hər hansı bir təhlükə hiss etmirlər və hazırda bu ölkədə istirahətdə olan turistlər var.
“Amigo-S” şirkətinin baş direktoru Sergey Velikadanov “Hələlik standart rejimdə işləyirik” deyib.
“Delfin” şirkətinin baş direktoru Sergey Romaşkin isə bildirib ki, hazırda Azərbaycanda turistləri yoxdur, şirkətin növbəti turist gəlişi iyulun 4 və 6-da gözlənilir.
"Kimlərinsə səyahətdən imtina edəcəyini gözləmirik", - şirkət rəhbəri bildirib.
Əksər tur şirkətləri Azərbaycandakı vəziyyətin turistləri narahat etmədiyini və əvvəlki qaydada işlədiklərini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 03 İyul 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















