Azərbaycana gələn turistlərin sayı niyə azalıb? DEPUTATDAN AÇIQLAMA
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub.
BAKU.WS xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 4,0 dəfə, Tacikistandan - 2,0 dəfə, Çindən - 1,8 dəfə, İordaniyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Hindistandan - 47,6 faiz, Qırğızıstandan - 32,6 faiz, Yaponiyadan - 26,5 faiz, Misirdən - 25,0 faiz, ABŞ-dan - 17,3 faiz, Kanadadan - 15,2 faiz, Niderlanddan - 12,2 faiz, Pakistandan - 11,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 7.8 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz, MDB dövlətlərindən gələnlərin sayı 10.7 faiz azalıb.
"Göründüyü kimi, 3 əsas istiqamət üzrə ölkəmizə gələn tursitlərin sayında azalma qeydə alınıb. Azərbaycan üçün gəlmə turzimdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk rübünü gəlmə turzim azalma ilə başa vurub. Bu ilin birinci rübündə gələnlərin 24,7 faizi Rusiya, 18,3 faizi Türkiyə, 10,8 faizi Hindistan, 9,8 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Özbəkistan, 1,7 faizi Çin, hər birindən 1,5 faiz olmaqla Türkmənistan, Ukrayna və İsrail, 1,2 faizi Küveyt, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olub. Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb."
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 18 Aprel 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















