Icma.az
close
up
RU
Ölkələrinə qayıtmaq istəyənlər bazara axışdı

Ölkələrinə qayıtmaq istəyənlər bazara axışdı

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin  Hatay vilayətində yaşayan və illər sonra ölkələrinə qayıtmağa hazırlaşan suriyalılar avtomobillərini satmaq üçün bazara axışıblar. 

"Cebheinfo.az" xəbər verir ki, Suriyada 13 illik vətəndaş müharibəsi və 61 illik BƏƏS rejiminin süqutundan sonra insanlar uzun illərdən sonra ölkələrinə qayıtmağa başlayıblar. 

Hatayda yaşayan suriyalılar da ölkələrinə qayıtdıqdan sonra yeni həyata başlaya bilmək üçün aldıqları evləri və nəqliyyat vasitələrini satmağa çalışırlar. Avtomobillərini satmaq istəyən suriyalılar Antakyanın Haraparası rayonunda qurulan bazarda 300 min lirə ilə 500 min lirə arasında olan avtomobillərini bazar qiymətindən aşağı satırlar. Avtomobillərini tez bir zamanda satmaq istəyən suriyalılar onu ucuz qiymətə satışa çıxardıqları üçün bazarda aktivlik yaşanıb. 

Avtomobilini 300 min TL-yə satıb ölkəsinə qayıtmaq istəyən Muhammed İsmail "Maşın bazarına gəldik. Maşınımı satıb bir neçə aydan sonra Suriyaya gedəcəm. Dəfələrlə gəlirəm. 2 həftədir ki, sata bilmirəm. 

İdlibə gedəcəyəm. 13 ildir ki, burada yaşayıram və ora getmədim. 

Suriyada ev yoxdur, amma ora gedəcəyəm. Ev tikəcəyəm. Türkiyəyə, Prezidentə, türk millətinə və dövlətinə çox təşəkkür edirəm. 

Avtomobilimi 300 min TL-yə satmağı ümid edirəm",- deyib. Avtomobil bazarında 250 min TL-yə avtomobilini satıb məktəblər bağlandıqdan sonra ölkəsinə qayıtmağı planlaşdıran Eyman Bərkur deyib ki, 13 ildir Türkiyədə yaşayır: “ 2 həftədir maşın bazarına gəlirəm, amma hələ sata bilmədim. Maşını 250 min lirəyə satıram və oradakı evimizə gedəcəyəm ,mən gedib onu yeniləyəcəyəm. Suriya gələcəkdə daha yaxşı olacaq. Türkiyə Prezidenti Tayyib Ərdoğana çox sağ olsun, 13 il burada yaşadım və heç bir problem yox idi". 

Əsəd rejiminin sona çatmasından sonra bütün suriyalıların maşınlarını satmaq üçün maşın bazarına gəlməyə başladığını söyləyən Ömər Arslaner "Bu avtomobil bazarı hər həftə bazar günü keçirilir.

Bəşər Əsəd rejiminin sona çatmasından əvvəl heç suriyalılar maşınlarını burada satmırdılar, əslində, bura gəlib maşın alırdılar. Ancaq Bəşər Əsəd rejimi bitəndən sonra bütün suriyalı dostlarımız bura gəlib maşınlarını satmağa çalışırlar. Maşınlarını satanlar məmləkətlərinə gedirlər, maşınlarını bazardan ucuz satırlar. Deyirlər ki, qayıdacaqlar. Maşını satıb məmləkətlərinə getdikdən sonra orada iş və həyatlarına davam edəcəklər. 

Suriyalıların maşınlarını ucuz satması bazara təsir edir. 

Maşınlarını münasib qiymətə satırlar. Hər həftə 5-7 suriyalı maşınını satmaq üçün bura gəlir”,-deyib. 

Nigar 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri