Icma.az
close
up
RU
“Ölkəmiz regionda birləşdirici körpü rolunu oynayır”

“Ölkəmiz regionda birləşdirici körpü rolunu oynayır”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq, qarşılıqlı hörmət və humanizm prinsiplərinə söykənən uğurlu bir xəttdir. Regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli və humanitar siyasəti bu kursun əsasını təşkil edir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulmasına böyük önəm verir: “Ölkəmiz regionda geosiyasi və iqtisadi birləşdirici körpü rolunu oynayır, enerji və nəqliyyat layihələri ilə qonşuların iqtisadi əlaqələrini dəstəkləyir. Bununla belə, yaxın regionlarda qonşu dövlətlərin ərazilərində baş verən hərbi toqquşmalar ciddi narahatlıq doğurur. Bu mənada, qonşu sərhədlərimizdə davam edən münaqişə bütün region üçün təhlükədir. Azərbaycan bu münaqişənin tezliklə həllinin tərəfdarıdır. Çünki İran Azərbaycanın yaxın qonşusudur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır”.

Millət vəkilinin sözlərinə görə, rəsmi Bakı heç vaxt ölkəmizin ərazisindən qonşu dövlətlərə qarşı istifadə olunmasına icazə verməyib və hazırda da bu mövqeyində qalır: “Rəsmi Tehran da Azərbaycanın bu yanaşmasını təqdir edir. Lakin İranın daxilində bəzi qüvvələr mehriban qonşuluğumuza zərər vurmağa çalışır. İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən Azərbaycanın dövlət televiziya kanalı olan AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi də bunun göstəricisidir.

“İranın sözügedən dövlət qurumunun bu addımı birtərəfli və qərəzli yanaşmadan başqa bir şey deyil. Belə qərarlar qarşılıqlı etimadın möhkəmlənməsinə deyil, əksinə, informasiya mühitində gərginliyin artmasına xidmət edir. Nəzərə alaq ki,  Azərbaycan mediası regionda baş verən prosesləri peşəkar jurnalistika prinsipləri çərçivəsində işıqlandırmağa çalışır. Belə olan halda, Azərbaycan Dövlət Televiziyasını “düşmən media” kimi təqdim etmək nə peşəkar fəaliyyətlə, nə də faktlarla uzlaşır. Ona görə də həmin qərar Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanır.

Dövlətlərarası münasibətlərdə media sahəsində əməkdaşlıq və qarşılıqlı hörmət mühüm əhəmiyyət daşıdığı halda, birtərəfli ittihamlar bu münasibətlərə xələl gətirir. Əlbəttə, dövlətimiz bu cür əsassız qərarları qəbul etmir və yanlış addımları cavabsız qoymaq niyyətində də deyil. İranın ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektləri olan “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyəti qanunsuz hesab edilməsi də bunun göstəricisidir. Yaxşı olardı ki, İrandakı müəyyən dairələr Azərbaycana şər-böhtan atmaq əvəzinə, öz dostlarını və düşmənlərini yaxşı tanısınlar”, - S.Vəliyev vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 İyul 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri