Icma.az
close
up
RU
Ölkəmizdə doğulan uşaqların sayı azalır NİYƏ?

Ölkəmizdə doğulan uşaqların sayı azalır NİYƏ?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80 802 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,5-ə düşüb.

Qeyd edək ki, son illər bir çox ailələrdə uşaq sayının azlığı müşahidə edilir. Əgər illər öncə bir ailədə 2-3 uşaq dünyaya gəlirdisə, artıq ailələr 1 uşaqla kifayətlənirlər.

Ümumiyyətlə, ölkədə doğum göstəricisinin azalması müxtəlif səbəblərlə izah edilir. Belə ki, bəzi vətəndaşlar ailədə uşaq sayının az olması ilə bağlı sosial problemləri, o cümlədən "uşaq pulu"nun olmaması kimi amilləri əsas göstərirlər. Bir qism ailələr isə müasir dövrün tələbləri, yəni 1 uşağın yetərli olduğunu bildirirlər. 

Bəs bu gün doğum göstəricisinin azalması sosial problemlər, dəb, yoxsa psixoloji problemlərlə bağlıdır?

Məsələ ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov "Cebheinfo.az"-a bildirib ki, dünyada əhalinin demoqrafiyası heç bir tarixi dövrdə sabit olmayıb:

"Son statistikaya əsasən, Yer kürəsində əhali sayı artıq 8 milyarda çatıb. BMT Baş katibinin hesabatında bildirilir ki, bu göstərici 2050-ci ildə 9,7 milyard ola bilər. Demoqrafik göstəricilər kontekstində yaşı 18-dək olan uşaqların sayı ilə bağlı təhlil apardıqda dünya üzrə də doğumun səviyyəsinin azaldığını müşahidə etmək olar. İstənilən dövlətin əsas demoqrafik və ictimai-iqtisadi xarakteristikalarından biri əhalinin yaş strukturudur.

Yaş strukturunun göstəriciləri əhali artımının tədqiqatı və proqnozlaşdırılmasının, əhali sayının və onun müxtəlif qruplarının mütənasibliyinin perspektiv hesablamalarının, xəstəliklər və ölüm səbəblərinin qanunauyğunluqlarını müəyyən etmək üçün əhəmiyyətlidir. Son onilliklərdə dünyanın əksər regionlarında doğum səviyyəsi aşağı düşür. 

Eyni zamanda, yeni ailələrin sayı azalır, boşanmalar sürətlə artır. Nəticədə getdikcə gənclərin çəkisi azalır və əhali qocalır. Əvvəllər bu, ilk növbədə zəngin ölkələrin problemidi idi, lakin son vaxtlar gəlirləri aşağı olan ölkələrdə bu tendensiya sürətlənir.

Maraqlıdır ki, boşanmaların minimum, uşaq doğumunun yüksək olduğu ölkələr sosial-iqtsadi cəhətdən aşağı, dini-mənəvi cəhətdən yüksək cəmiyyətlərə malikdir. Ümumiyyətlə, beynəlxalq miqrasiya əhalinin sayının dəyişməsində doğuma və ölümə nisbətən daha az əhəmiyyətli bir amildir, baxmayaraq ki, bəzi ölkələrdə və bölgələrdə miqrasiyanın əhali sayına təsiri çox böyükdür.

Bunlara çox sayda iqtisadi miqrantın mənşəyi və ya yaşadığı ölkələr və qaçqın axınının çox olduğu ölkələr daxildir. Doğum göstəriciləri aşağı olan ölkələr iqtisadiyyatın inkişaf etməsi üçün immiqrantlar və yaşlı əhaliyə bəzi xidmətlər göstərir. Bundan zərər çəkən ölkələrdə ölüm sürətlə artır və orta ömür azalır".

Onun sözlərinə görə, son illərdə müşahidə olunan tendensiyaya görə gənclərin yalnız bir uşaq sahibi olmağa üstünlük verməsinin bir neçə əsas səbəbi var:

"Sabit və yüksək maaşlı iş tapmaq çətin olduğundan gənclər risk etmirlər. Gənclər daha çox öz karyeralarına diqqət yetirmək istəyirlər. Onların düsündüklərindən biri də səyahət etmək, fərdi inkişaf, hobbilərlə məşğul olmaqdır.

Ailədə bir uşaq bu balansı qorumaq baxımından daha real göründüyü üçün kifayətlənirlər. Sosial-psoxoloji tərəfdən daha az stressli həyat tərzi arzusu, ikinci uşağa vaxt baxımından imkan az olduğunu nəzərə alırlar".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: doğulan uşaqlar Fariz  Əkbərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri