Icma.az
close
up
RU
“Ölkəmizdəki mürəkkəb sistem sahibkarın fəaliyyətini məhdudlaşdırır” MÜTƏXƏSSİS FOTO

“Ölkəmizdəki mürəkkəb sistem sahibkarın fəaliyyətini məhdudlaşdırır” MÜTƏXƏSSİS FOTO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı illərdir dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Avtosfer.az xəbər verir ki, bu prosesdə kiçik və orta sahibkarların (KOS) üzərinə böyük məsuliyyət düşür. Onlar iqtisadiyyatın can damarı, məşğulluğun əsas təminatçısı hesab olunsalar da, reallıqda bu sahənin potensialı hələ tam açılmayıb.
Son illər dövlət tərəfindən sahibkarlara müxtəlif dəstək mexanizmləri subsidiya, qrant və güzəştli kreditlər təqdim olunur. Amma bir sual yaranır ki, bu alətlər həqiqətənmi sahibkarların işini asanlaşdırır, yoxsa bürokratiya və şəffaflıq problemləri onların əl-qolunu bağlayır?


Məsələ ilə bağlı “HR Hunter” şirkətinin direktoru, İnsan resursları üzrə konsultant İlkin Mirzəzadə Avtosfer.az-a bildirib ki, hazırda Azərbaycanda kiçik və orta sahibkarların (KOB) ölkə iqtisadiyyatındakı rolu çox aşağıdır:
“Onların dövlət büdcəsindəki payı təxminən 7% civarındadır ki, bu da dünya praktikasına nəzərən olduqca zəif göstəricidir. Müqayisə üçün deyim ki, Gürcüstan, Türkiyə və Avropa ölkələrində bu rəqəm 60% və ya daha çoxdur. Yəni, həmin ölkələrdə KOB-lar ümumdaxili məhsulun formalaşmasında əsas aparıcı qüvvə rolunu oynayır. Azərbaycanda isə bu sahənin inkişafı üçün mexanizmlər hələ də yetərincə effektiv işləmir.
Əsas problem mexanizmlərin işləmə mexanizminin mürəkkəbliyindədir. Əgər sistemin özündə sadələşmə yoxdursa, istənilən dəstək – istər subsidiya, istər qrant, istərsə də güzəştli kredit real təsir göstərmir. Hal-hazırda sahibkarların bu resurslara çıxışı çox məhduddur. Güzəştli kreditlərə müraciət edənlərin sayı az, faiz dərəcələri isə inkişaf etmiş ölkələrə nisbətən yüksəkdir. Qrantların həcmi və əlçatanlığı da kifayət qədər məhduddur”.
İlkin mirzəzadə qeyd edib ki, sahibkarlığın inkişafı üçün ilk növbədə vergi sistemi sadələşdirilməlidir:
“Hazırda ölkədə müxtəlif və çoxsaylı vergi növləri mövcuddur. Bundan başqa, sahibkarların dövriyyə həddi aşağı müəyyən edildiyi üçün onların vergi yükü sürətlə artır. Məsələn, dövriyyə 200 min manatı keçdikdə sahibkar artıq sadələşdirilmiş vergidən çıxır və həm 20% mənfəət vergisi, həm də 18% ƏDV ödəməli olur. Bu isə kiçik biznes üçün ciddi maliyyə yükü yaradır. Digər bir problem sosial müdafiə fonduna edilən ödənişlərin yüksək olmasıdır. Hazırda bu 30% civarındadır. Əmlak və torpaq vergiləri də sahibkarların fəaliyyətini çətinləşdirən amillərdəndir. Məsələn, Gürcüstanda sahibkarlar 500 min lariyə qədər dövriyyəyə malik olduqda sadə və şəffaf vergi mexanizmi ilə işləyə bilirlər. Azərbaycanda isə bu sistem çox mürəkkəbdir və sahibkarın inkişafına deyil, onun fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş təsir bağışlayır. Bu səbəbdən, dövlət səviyyəsində sistemli dəyişikliklər həyata keçirilməli, eyni zamanda sahibkarların maarifləndirilməsi gücləndirilməlidir. Azərbaycan xalqı təbiətən işləməyə və təşəbbüskarlığa meyillidir. Əgər vergi, gömrük və hüquqi sistemlər sadələşdirilərsə, şəffaf və ədalətli mühit formalaşarsa, həm yerli sahibkarlar inkişaf edəcək, həm də xarici investorların ölkəyə marağı artacaq. Xarici investorlar öz sahibkarlıq mədəniyyətlərini gətirdikcə, bu, yerli biznesin də keyfiyyətcə yüksəlməsinə səbəb olacaq”.


İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı saytımıza söyləyib ki, hazırda Azərbaycanın qeyri-neft sektoru iqtisadiyyatın ən zəif həlqələrindən biridir%
“Halbuki ölkədə kiçik və orta sahibkarların (KOB) sayı çoxdur, on minlərlə, bəlkə də milyonlarla insan bu sahədə fəaliyyət göstərir. Lakin iqtisadiyyatın strukturuna nəzər saldıqda, onların real payı və təsiri hələ də çox aşağıdır. Uzun illər boyu iqtisadiyyatın əsas hissəsi dövlətin əlində cəmlənib. Son bir neçə ayda özəl sektorun məşğulluq payı nisbətən artsa da, bu fərq hələ də çox kiçikdir. Hazırda məşğulluğun təxminən 49 faizi dövlət sektorunun, qalan yarısı isə özəl sektorun payına düşür. Eyni zamanda, ümumi iqtisadiyyatın təxminən üçdə biri neft sektorundan, üçdə ikisi isə dövlət və qeyri-neft sektorundan ibarətdir. Lakin bu bölünmədə kiçik və orta sahibkarların payı çox azdır və onlar iqtisadiyyatın real inkişafında ciddi rol oynaya bilmirlər.
Bunun əsas səbəbi qeyri-neft sektorunun zəif inkişafıdır. Bu isə sahibkarların günahı deyil. Əksinə, KOB-lar ölkə üçün çox faydalıdır. Onlar yeni iş yerləri yaradır, gəlirlərin daha ədalətli paylanmasına töhfə verir, çevik idarəetmə qabiliyyətinə malikdirlər. Buna görə də dünyanın əksər ölkələrində KOB-lar iqtisadiyyatın əsas dayağı hesab olunur”.
İqtisadçı vurğulayıb ki, Azərbaycanda bu sahənin inkişafı üçün sistemli dəyişikliklərə ehtiyac var:
“Ən vacib məsələ kapital azadlığının təmin olunmasıdır. Sahibkarların kapitala çıxışı asanlaşmalıdır. Bununla yanaşı, rəqabət mühiti də gücləndirilməlidir. Hərçənd, Rəqabət Məcəlləsi qəbul edilib, lakin onun real tətbiqi hələlik zəifdir. Rəqabət orqanları aktiv fəaliyyətdə olmalı, amma hazırda əsasən formal fəaliyyətlərlə məhdudlaşır.
Digər mühüm məsələ məhkəmə və idarəetmə sisteminin ədalətli və çevik işləməsidir. Sahibkar üçün ədalətli məhkəmə və səmərəli dövlət idarəçiliyi ən vacib etibar mexanizmləridir. Əgər dövlət iqtisadiyyatda həddən artıq paya sahibdirsə, bu, inkişafı ləngidir. Hazırda dövlətin mülkiyyətdə payı təxminən 20% olsa da, məşğulluğun 50%-ni o təmin edir. Bu isə iqtisadi baxımdan qeyri-səmərəli və anormal göstəricidir”.
Xalid Kərimli deyib ki, belə vəziyyətdən çıxış yolu özəlləşdirmə prosesinin sürətləndirilməsi, dövlətin iqtisadiyyatdan çəkilməsi və biznes mühitinin azadlaşdırılmasıdır:
“Bununla yanaşı, subsidiyalar, güzəştli kreditlər və qrantlar mövcud olsa da, bu mexanizmlər real nəticə vermir. Məsələyə bir mütəxəssisin dediyi kimi baxsaq: “Xəstə uşağa nə qədər dərman versən də, əgər o sağlam həyat tərzi keçirmirsə, yenə də sağalmayacaq”. Eyni vəziyyət iqtisadiyyata da aiddir. Sahibkarlıq mühiti sağlam, azad və rəqabətli olmadıqca, nə qədər dəstək proqramı tətbiq olunsa da, real inkişaf baş verməyəcək”.


Fidan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see133

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri