Icma.az
close
up
RU
Ölkəmizə gələn turistlərin sayı artıb: Səbəb nədir?

Ölkəmizə gələn turistlərin sayı artıb: Səbəb nədir?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 2 milyon 412 min 160 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.

Təkcə noyabrda isə ölkəyə 202 440 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 1 il əvvələ nisbətən 19 % çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox turist 679 903 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (389 173 nəfər), 3-cü yerdə isə Hindistan (214 669 nəfər) qərarlaşıb.

Bu dövrdə İrandan 193,9 min, Gürcüstandan 99,9 min, Səudiyyə Ərəbistandan 93,8 min, Qazaxıstandan 79,7 min, Pakistandan 72,8 min, Çindən 42,2 min, Özbəkistandan 40,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 37,6 min, Ukraynadan 33,1 min, Türkmənistandan 29,9 min, Küveytdən 29,4 min, , İsraildən 26,5 min turist gəlib.

Maraqlıdır, turistlərin ölkəmizə gəlməsinə səbəb nədir?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev "Cebheinfo.az"-a açıqlamasında deyib ki, hazırda Azərbaycana Yaxın Şərq və Mərkəzi Asiya ölkələrdən daha şox turist gəlir:

"Turistlərin sayının artması iqtisadi baxımdan səmərəlidir. Bu gün turizm sektoru, bütün dünya ticarət xidmətlərinin təxminən 30 faizini təşkil edir.

Dünya üzrə ümummilli məhsulun 10 faizi, ixracatın 8 faizi isə beynəlxalq turizmin payına düşür.

Məhz dünyada əmək qabiliyyətli əhalinin 8.1 faizi turizm sənayesində və onunla bağlı sahələrdə çalışırlar. Son 10 il ərzində ölkəmizdə turizm sahəsinə çox ciddi yatırımlar edilib.

Xüsusən də beynəlxalq səviyyədə keçirilən idman və digər mötəbər tədbirlərə ev sahibliyi edərək ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradıb. Lakin ölkəmizə səfər edənlərin hər biri də turist olaraq gəlmir. 

Belə ki, gələn qonaqların bir çoxu iş məqsədiylə, ya da xaricdə yaşayan Azərbaycan əsilli vətəndaşlarıdır".

O qeyd edib ki, bu gün ölkəmizə səfər edən qonaqların bir çoxu Rusiyada yaşayan Azərbaycan əsilli vətəndaşlardır:

"Hazırda Azərbaycana ən çox turist 679 903 nəfər olmaqla Rusiyadan gəlib. 

Bunların böyük əksəriyyəti bu ölkədə yaşayan soydaşlarımızdır. Rusiyada çalışaraq ölkəyə kapital gətirirlər.

Bu da iqtisadi baxımdan səmərəlidir. Eləcə də Türkiyədən gələn turistlərin sayının artmasına səbəb Azərbaycan vətəndaşları Türkiyəni, Türkiyə vətəndaşları isə Azərbaycanı sadəcə şəxsiyyət vəsiqəsilə ziyarət edə biləməsidir. Bu da ölkəyə gələn turist axınına müsbət təsir edir".

Ekspert hesab edir ki, ölkəmizə vizasız gediş-gəliş rejimi tətbiq olunarsa, turist axını daha da arta bilər:

"Artıq dünyanın inkişaf etmiş ölkələrində vizasız gediş-gəliş rejimi tətbiq olunur. Məsələn, Amerika vətəndaşları dünyanın 170 dən çox ölkəsinə vizasız səfer edə bilər. Ona görə də Amerikaya turist axını çox olur. Əgər bizim ölkədə də vizasız gediş-gəliş rejimi tətbiq olunarsa, o zaman turizm sektorunda inqilab etmiş olarıq".

Həsən Məmmədov 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri