Icma.az
close
up
RU
Ölkəmizə olan hörmət və etimadın göstəricisi

Ölkəmizə olan hörmət və etimadın göstəricisi

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Olduqca mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq aləmin ölkəmizə olan hörmət və etimadının göstəricisidir. Bu, eyni zamanda əsasını Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq davam etdirdiyi xarici siyasətinin ən böyük uğurlarındandır.

Dövlətimizin başçısı açılış mərasimindəki çıxışında mühüm məqamlara toxunub, mövcud reallıqları bir daha diqqətə çatdırib və ciddi mesajlar verib. Prezident İlham Əliyev ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfinin verildiyini, bu qərarın ölkəmizə olan hörmətin əlaməti olduğunu bildirib. Ölkə başçısı eyni zamanda bu qərarın beynəlxalq arenada Azərbaycanın oynadığı fəal rolun dəyərləndirilməsi kimi qiymətləndirib.

Prezident İlham Əliyev çıxışında 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından bəhs edib. “Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və 1 milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. 4 il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. 1 il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq suverenliyimizi tam bərpa etdik”-deyən ölkə başçısı həmin qətnamələri Azərbaycanın özünün icra etdiyini, beynəlxalq hüququ, ədaləti özünün bərpa etdiyini və Ermənistanın işğalına son qoyduğunu diqqətə çatdırıb.

Ölkəmizdə keçirilən bu böyük, əhəmiyyətli tədbir yeni əlaqələrin qurulmasında, yeni körpülərin salınmasında əhəmiyyətli rol oynayacaq. Bu gün ölkəmiz beynəlxalq arenada mühüm rol oynayır. Azərbaycanın istər Qoşulmama Hərəkatına, istər İslam Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli dərəcədə töhfələr vermişdir. Prezident İlham Əliyev çıxışında bu məqama toxunaraq 120 ölkənin yekdil qərarı ilə ölkəmizin 4 il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini, həmçinin Azərbaycan təxminən 60 ölkəni birləşdirən İƏT-nın fəal üzvü olduğunu bildirib. Ölkəmizin eyni zamanda Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji Tərəfdaşlıq haqqında bəyannamələr qəbul etdiyini, bütün bunların isə iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı olacağına əsas verdiyini vurğulayıb. Ölkə başçısı həmçinin əlavə edib ki, Azərbaycan çox tərəfliliyin tərəfdarıdır.

Çıxışında Azərbaycanın Yaşıl gündəliyi haqqında da tədbir iştirakçılarına məlumat verən Dövlət başçısı COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı sazişin imzalanacağını , bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəyini, 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Azərbaycana qarşı irəli sürülən ittihamlara, böhtanlara da tutarlı cavab verən Prezident bildirib ki, bu gün Azərbaycan qlobal neft hasilatında 0.7 faiz, qlobal qaz hasilatında isə 0.9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkələrin yalan xəbər mediası bizim neft dövləti adlandırır. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək üçün Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Bu fikirləri səsləndirməklə ölkə başçımız bir daha heç bir qüvvədən, heç bir dövlətdən çəkinmədən, tam müstəqil siyasət yürüdüyünü nümayiş etdirdi.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri