Icma.az
close
up
RU
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA

Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.

AZXEBER.COM açıqlamanı təqdim edir:

"Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 2025-ci il 18 iyun tarixli açıqlamasının davamı olaraq bildirir ki, İran İslam Respublikası ilə İsrail Dövləti arasında baş verən 12 günlük qarşıdurma zamanı və ondan sonrakı dövrdə Azərbaycan Respublikası qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən məkrli qüvvələr tərəfindən qəsdən hədəf seçilərək əlaqələndirilmiş dezinformasiya kampaniyasına məruz qalmışdır.

Azərbaycan tərəfinin bütün səviyyələrdə verdiyi açıqlamalara baxmayaraq, Komissiyanın apardığı monitorinqlər zamanı qonşu və dost İran İslam Respublikasının ərazisində və ondan kənarda fəaliyyət göstərən qruplar tərəfindən "Telegram”, "TikTok”, "Facebook”, "X” və "YouTube” kimi platformalarda "münaqişədə Azərbaycanın rolu” ilə bağlı saxta xəbərlər və məlumatlar paylaşılaraq dövlətimizin təhlükəsizliyi və milli maraqları əleyhinə genişmiqyaslı dezinformasiya kampaniyalarının davam etdiyi müəyyən edilmişdir.

Kampaniya zamanı İran cəmiyyətinin də hədəf auditoriyası olduğu təsbit edilmiş, ölkə daxilində anti-Azərbaycan sentimentin formalaşdırılması istiqamətində fəaliyyətin aparıldığı müşahidə edilmişdir.

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfirinin səsləndirdiyi təxribat xarakterli iddialardan sonra isə İrandakı ermənipərəst dairələrin və şəxslərin, o cümlədən Ermənistana bağlı şəbəkələrin anti-Azərbaycan və qızışdırıcı ritorikasının daha da artdığı diqqətimizi cəlb etmişdir.

Eyni zamanda, İranda məskunlaşaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən Azərbaycan əsilli qruplaşma üzvlərinin sosial media platformaları vasitəsilə din pərdəsi altında manipulyativ fikirlərdən istifadə etməklə Azərbaycan vətəndaşlarını müxtəlif təxribatlar törətmələri üçün çağırışlar etdikləri aşkar edilmişdir.

Komissiyanın hesablamalarına görə, anti-Azərbaycan kampaniyası İrandan qaynaqlanan 270-dən çox profillə, əsasən, Azərbaycan, rus, fars, qismən də ingilis, türk və ərəb dillərində 600-ə yaxın hesabdan aparılır. Bundan əlavə, həmin qrupların yalnız "TikTok” platformasında 215-dən çox aktiv hesabı fəaliyyət göstərir.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izləyir və müvafiq cavab tədbirləri görür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 İyul 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri