Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ermənistandan ölkəmizə kartof idxal olacaq? AÇIQLAMA

Ermənistandan ölkəmizə kartof idxal olacaq? AÇIQLAMA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın hakim partiyasının üzvü Babken Tunyanın açıqlamasına görə, yaxın bir-iki ay ərzində Ermənistan Azərbaycana mal ixracına başlaya bilər. Bu açıqlama regionda iqtisadi əlaqələrin mümkün bərpası və ticarət münasibətlərində yeni mərhələnin başlanması kimi qiymətləndirilir.
Bu barədə iqtisadçı ekspert Razi Abasbəyli Demokrat.az-a bildirib ki, Ermənistanın ixracat mallarına diqqət yetirdikdə görürük ki, burada əsas payı kənd təsərrüfatı məhsulları tutur:

“Azərbaycan isə ilin müxtəlif fəsillərində xarici ölkələrdən kənd təsərrüfatı məhsulları idxal edir. Xüsusilə də qonşu İran və Rusiyadan qış aylarında kartof idxalı həyata keçirilir. Ermənistanın ixracatında da kartof əsas yer tutur. Bununla yanaşı, Ermənistanın digər kənd təsərrüfatı məhsulları da mövcuddur ki, onların ixracatda kifayət qədər böyük payı var. Azərbaycan bazarında bu məhsullara tələbat yaranacağı təqdirdə, onların idxalı da mümkün ola bilər. Eyni zamanda konservləşdirilmiş məhsullar, ət məhsulları və spirtli içkilər də bu kateqoriyaya daxildir. Xüsusilə Ermənistanın məşhur konyakları və digər spirtli içki növləri mövcuddur ki, onlar dünya bazarına ixrac olunur və nəzəri baxımdan Azərbaycan üçün də real görünür. Lakin böyük ehtimalla ilkin mərhələdə bu məhsulları markalaşmış erməni brendləri şəklində Azərbaycanın pərakəndə satış şəbəkələrində görməyəcəyik. Yəni konservləşdirilmiş məhsulların və ya spirtli içkilərin “erməni məhsulu” adı altında daxili bazarda açıq şəkildə satılması ehtimalı azdır. Həmin məhsullar ikinci və ya üçüncü tərəflərin iştirakı ilə yarımfabrikat formasında Azərbaycana gətirilə, burada qablaşdırıldıqdan sonra satışa çıxarıla bilər. Çünki bu məsələ kifayət qədər həssasdır”. 
O deyib ki, Azərbaycan vətəndaşlarının erməni məhsullarına münasibəti necə olacaq və ümumiyyətlə, bu məhsulların alıcısı olacaqmı sual altındadır:
“Böyük ehtimalla, məhsullar birbaşa Ermənistanda qablaşdırılaraq Azərbaycana gətirilsə, onların satışı mümkün olmayacaq. Vətəndaşlar ən azından bu məhsulları almaqdan imtina edəcəklər. Bunun psixoloji və tarixi səbəbləri var. Məhz buna görə də ilkin mərhələdə həmin məhsulların mənbə ölkə kimi Ermənistanın göstərilməsi gözlənilmir. Təbii ki, Azərbaycan cəmiyyətinin bu məsələyə münasibəti birmənalı deyil. 30 ildən artıq davam etmiş münaqişə, işğal olunmuş torpaqlar, dağıdılmış ərazilər, şəhidlərimiz və qazilərimiz var. Bu yaraların və travmaların qısa müddətdə sağalması mümkün deyil və cəmiyyət bunu normal qarşılamaya bilər. Ticarət münasibətlərinin genişlənməsi uzunmüddətli perspektivdə Azərbaycan üçün də faydalı ola bilər. Ermənistanın Türkiyə ilə sərhədləri hələ açılmadığı üçün, Azərbaycan üzərindən Türkiyəyə, digər ölkələrə və ya Xəzər dənizi vasitəsilə beynəlxalq ticarətə qoşulması mümkündür. Bu, həm Ermənistan üçün, həm də Azərbaycan üçün əlavə gəlir və iqtisadi qazanc deməkdir. Daxili bazarda real tələbat yarandığı halda idxal və ixrac prosesi qaçılmaz olacaq və bu da iqtisadi baxımdan mütləq şəkildə mənfi hal kimi qiymətləndirilə bilməz”.
Leyla Turan
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2026 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri