Icma.az
close
up
RU
Ölkəmizin D8 təşkilatına üzvü seçilməsi cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli xarici siyasətinin növbəti qələbəsidir DEPU

Ölkəmizin D8 təşkilatına üzvü seçilməsi cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli xarici siyasətinin növbəti qələbəsidir DEPU

Sonxeber.az saytına istinadən Icma.az xəbər verir.

"Ölkəmizin D-8 təşkilatına üzvü seçilməsi cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli xarici siyasətinin növbəti qələbəsidir" - DEPU

"Dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi cənab prezident İlham Əliyevin müdrik və qətiyyətli xarici siyasətinin növbəti qələbəsidir".

Bunu Sonxeber.az-a danışan deputat Tamam Cəfərov bildirib.

Deputat qeyd edib ki, Türkiyənin təşəbbüsü ilə yaradılmış və 30 ilə yaxındır ki, fəaliyyət göstərən D-8 təşkilatının 2017-ci ildə İstanbulda keçirilən IX Zirvə görüşündə dövlət başçımız cənab İlham Əliyev fəxri qonaq kimi iştirak etmişdi:

Elə o vaxtdan etibarən Azərbaycanın təşkilata inteqrasiyası istiqamətində davamlı addımlar ataraq üzv dövlətlərlə dostluq, qardaşlıq üzərində qurulan münasibətlər daha möhkəmləndirilib, hər bir sahədə qurulan əlaqələr inkişaf etdirilib. Cənab prezident İlham Əliyevin yüksək səs çoxluğu ilə ölkə başçısı seçildiyi gündən davamlı inkişaf, siyasi sabitlik və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı uğurlar nəticəsində Azərbaycan D-8-in üzvü seçilməklə beynəlxalq arenada nüfuzunu bir daha artırmış oldu. Ölkəmizin bu təşkilata üzv seçilməsi iqtisadi, sosial, siyasi sahənin habelə təhlükəsizlik, sabitlik və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətlidir. Həmçinin, Azərbaycanın D-8-ə üzvlüyü təşkilatın fəaliyyətinə yeni bir dinamika gətirəcək. Ölkəmizin bu təşkilata üzv qəbul edilməsi geosiyasi mövqeyi, geniş iqtisadi potensialı, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə çərçivəsində əməkdaşlığı daha da dərinləşdirəcək, Azərbaycanın ədalət və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi İslam həmrəyliyinin möhkəmləndirilməsi və dünyada hökm sürən İslamofobiya ilə mübarizədə mühüm rol oynayacaq". Xüsusilə qeyd etmək lazımdır ki, D-8 olduqca mühüm təşkilatdır. Burada müsəlman dünyasının ən güclü dövlətləri birləşib. Şübhəsiz ki, Azərbaycanın təşkilata üzv olması ölkəmizin nüfuzunun daha da güclənməsinə öz müsbət təsirini göstərəcək. Tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Azərbaycanın təşkilata qəbul edilməsinin bu quruma daha da güc qatacağını qeyd edib.

Deputat vurğulayıb ki, D-8-ə üzv qəbul edilməsi Azərbaycanın xarici siyasətində müstəqil aktor olmasını və dünyada günbəgün artan nüfuzunun təsdiqidir:

"Bütün dünya bunu belə qəbul edir. D-8 təşkilatına üzv seçilməyimiz bunu bir daha təsdiq edir. 19 dekabr növbəti diplomatik uğuru, cənab İlham Əliyev hakimiyyətinin növbəti nailiyyəti, beynəlxalq münasibətlər sahəsində əlamətdar gün kimi həkk olundu. Qeyd edim ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin o dövrdəki baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən və böyük iqtisadi potensiala malik "İslam Səkkizliyi" adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Azərbaycan müsəlman ölkələrinə qarşı həyata keçirilən ikili standartlara, ədalətsizliyə öz münasibətini açıq bildirən azsaylı ölkələrdəndir. Şübhəsiz ki, ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan Azərbaycan D-8-ə üzv olması bu təməl prinsiplərinin qorunmasında, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 20 Dekabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri