Icma.az
close
up
RU
Azərbaycanın D8 təşkilatına üzv seçilməsi Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur Emil Əkbərov

Azərbaycanın D8 təşkilatına üzv seçilməsi Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur Emil Əkbərov

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycanın D-8 təşkilatına üzv seçilməsi Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur" - Emil Əkbərov

Xəbər verdiyimiz kimi Azərbaycan D-8 təşkilatına üzv qəbul edilib. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "X" hesabında yazıb.

"Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm.

Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.

Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.

Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir".

Ölkəmizin növbəti uğuru ilə bağlı fikirlərini Sonxeber.az-a bölüşən "BİG Media"MMC-nin direktoru Emil Əkbərov bildirib ki, bu cənab İlham Əliyevlə Azərbaycan regionda sabitliyin təmin edən və Cənubi Qafqazda yeni reallıqlar formalaşdıran, dünyada söz sahibi olan dövlətdir:

"Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı ölkəmizin üzv qəbul edilməsi cənab prezident İlham Əliyevin növbəti diplomatik uğurudur. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatına üzv olmağımız ölkəmizin hər sahədə inkişafını, eləcə iqtisadi potensialını daha da artıracaq.19 dekabr növbəti diplomatik uğur kimi Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Bu gün ölkəmizin müstəqillik tarixində beynəlxalq münasibətlər sahəsində əlamətdar gün və uğur kimi yadda qalacaq. Azərbaycanın D-8 təşkilatına üzv seçilməsi dövlətimizin beynəlxalq nüfuzunun artmasının daha bir sübutu oldu".

Emil Əkbərov vurğulayıb ki, Azərbaycanın D-8 təşkilatına üzv seçilməsi cənab prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi də dəyərləndirilə bilər:

"Cənab prezident İlham Əliyev ölkə başçısı seçildiyi ilk gün xalqımıza verdiyi bütün sözləri uğurla icra etməyə davam edir. Ali Baş Komandan 30 illik işğala son qoyaraq, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən qalib lider və güclü Sərkərdə kimi adını müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirib. COP29 kimi mötəbər bir beynəlxalq tədbirə uğurla ev sahibliyi etdikdən sonra Azərbaycanın D-8 üzv qəbul edilməsi cənab Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və uğurlu xarici siyasətinin nəticəsidir. Qeyd edim ki, ilk dəfə 2017-ci ildə İstanbulda keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə dövlət başçımız fəxri qonaq kimi iştirak etmişdi. O vaxtdan etibarən Azərbaycan təşkilata inteqrasiyası istiqamətində davamlı addımlar atılıb və üzv dövlətlərlə sıx dostluq, qardaşlıq üzərində qurulan münasibətlər daha möhkəmləndirilib. Cənab prezident İlham Əliyevin davamlı inkişaf, siyasi sabitlik və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı uğurlar nəticəsində Azərbaycan D-8-in üzvü seçilməklə qlobal səviyyədə nüfuzunu bir daha artırdı.Ölkəmizin bu təşkilata üzv seçilməsi təkcə iqtisadi sahədə deyil, həm də təhlükəsizlik, sabitlik və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından öz faydasını verəcək.Azərbaycanın D-8-ə üzvlüyü təşkilatın fəaliyyətinə yeni bir dinamika gətirməklə yanaşı həm də geosiyasi mövqeyi, geniş iqtisadi potensialı, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə çərçivəsində əməkdaşlığı dərinləşdirəcək.Azərbaycanın ədalət və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi İslam həmrəyliyinin möhkəmləndirilməsi, dinimizin dəyərlərinin dünyada təbliği və İslamofobiya ilə mübarizə sahələrində də fəal rol oynayacaq".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 20 Dekabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri