Icma.az
close
up
RU
Ölkəmizin müasir tarixinin mühüm bir dövrü Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik kursu ilə sıx bağlıdır

Ölkəmizin müasir tarixinin mühüm bir dövrü Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik kursu ilə sıx bağlıdır

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlimdur ki, ölkəmizin müasir tarixinin mühüm bir dövrü Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik kursu ilə sıx bağlıdır. Xalqımız bu şərəfli və qürurlu tarixi mərhələni haqlı olaraq Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi səciyyələndirir.

Xüsusilə qeyd etmək lazımdır ki, Ulu öndər Azərbaycanın milli özünüdərk, milli dövlət ideyasının da müəllifidir. Onun birinci hakimiyyəti illərində Azərbaycanın dövlətçilik ənənələrinin, milli ruh və milli ideologiyanın sovet imperiyası tərəfindən məhv edilməsinin qarşsını alınmış, milli kimliyimiz qorunub saxlanılmış, Azərbaycançılıq ideologiyası inkişaf edərək müstəqillik amalının gerçəkləşməsinə təkan vermişdir. Ümummilli lider Heydər Əliyev harada çalışmasından asılı olmayaraq həmişə dövlətə, dövlətçiliyə sadiq olmuş, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində işləyərkən respublikamızın inkişafı üçün yorulmaz iradəsini nümayiş etdirmiş, doğma Vətənində ən mühüm proqramların gerçəlşəməsinə nail olmuşdur. Onun yüksək dövlət vəzifələrində çalışarkən ən böyük məramı və məqsədi Azərbaycanı müstəqilliyə qovuşdurmaq idi. Azərbaycan xalqı kommunist rejimində, ümumittifaq sosialist dövlətinin tərkibində olduğundan heç şübhəsiz ki, müstəqilliyini itirmiş, amma dövlətçiliyini itirməmişdi. Azərbaycanın bir çox atributları qalmış, yaşamışdı. Cəmiyyət totalitar sistemdən çıxaraq demokratiya hüdudlarına keçmişdi. Bütün bunlar müstəqil dövlətin bərpası üçün dərin zəmin yaratmışdı.

Qeyd edək ki, Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının yeni başlandığı çətin və mürəkkəb dövrdə dövləti idarə edəcək güclü liderə ehtiyac vardı. Bu çətin tarixi günlərində ölkə rəhbərliyi Azərbaycanın xilası üçün Heydər Əliyevin zəngin idarəçilik qüdrətindən istifadə etmək əvəzinə, milli birlik olmaq əvəzinə Onun Bakıya gəlişinə imkan vermədilər. Ulu öndər həmin dövrdə doğulduğu doğma torpağa - Naxçıvana getmək məcburiyyətində qaldı. Ancaq Onun bu gedişi Xilaskarlıq missiyasının növbəti akkordu idi. Bütün bölgələrində olduğu kimi Naxçıvanda da ağır ictimai-siyasi vəziyyət hökm sürürdü. Ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə fəallaşan hərbi toqquşmaları Muxtar Respublikanın sabahını təhlükə ilə üzləşdirmişdi. Heydər Əliyev həyatına qarşı təhlükələrə, tarixin ağır və sərt sınaqlarına rəğmən, böyük bir məsuliyyəti çiyinlərinə götürdü və 1990-cı ilin iyul ayında isə doğulduğu Naxçıvana gələrək bu fəlakətin qarşısını aldı. Qardaş Türkiyə ilə birgə “Ümid” körpüsünü açmaqla Muxtar Respublikanı ağır blokadadan çıxardı.

Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev Naxçıvanda dağınıq və nizamsız Azərbaycanın milli həmrəyliyini, xalqın milli ideya ətrafında sıx birləşməsini təmin etdi, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli bayrağını qaldıraraq, Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxararaq dövlətçilik instututlarını bərqərar etməyə başladı. Bu, eyni zamanda parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycanın müstəqilliyinin təminatı, siyasi taleyi üçün yeni dövrün əsasını qoydu.

Yeri gəlmişkən, qeyd edək ki, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər Əliyevin partiyaya Sədr seçilməsi dövlət qurucluğunun möhkəm təməllərinin də qoyulması demək idi. O, 1993-cü ilin iyun ayında Qurtuluş hərəkatını zəfərlə başa çatdıraraq Azərbaycanda ikinci şərəfli siyasi missiyaya başladı. İlk növbədə, aramsız davam edən təcavüzkar Ermənistanın işğalçılıq planlarının da qarşısını aldı, atəşkəsə nail olaraq peşəkar nizami Milli Ordumuzun formalaşmasını təmin etdi. O dövrdə keçmiş iqtidar tərəfindən valyuta ehtiyatları, büdcəsi soyğunçuluqla bitirilmiş ölkənin iqtisadi imkanlarını səfərbər etmək, ölkənin hətta neft-qaz sənayesini dirçəltmək, milli sahibkarlıq sinfini formalaşdırmaq, eləcə də, xarici sərmayəçiləri ölkəyə cəlb etmək çox çətin idi. Xarici investorları ölkəyə gətirmək, onları inandırmaq olduqca böyük siyasi məharət tələb edirdi ki, bunu da Heydər Əliyev ustalılqa həyata keçirdi. Bu baxımdan 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin kontraktı” ölkəmizin siyasi və iqtisadi həyatında növbəti bir dönüş nöqtəsi hesab edilə bilər. Ulu öndər həm də, böyük demokrat, siyasi qətiyyət sahibi idi. O, yeni siyasi münasibətlər sisteminin əsasını qoyaraq demokratik islahatların müəllifi kimi xatırlanır. Bilavasitə Onun təşəbbüsü ilə müstəqil Azərbaycanda qanunun aliliyini təmin edən dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının real təmini üçün bütün lazımi əsaslar yaradılmış, Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutmuşdur.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası idi. Ulu Öndər milli Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, Şərqdə ilk dəfə ölüm cəzasını ləğv etdi. Mətbuat üzərində senzura götürüldü. İlk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı - bələdiyyələr yarandı. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, Bakıda dünya azərbaycanlılarının qurultayının keçirilməsi, milli diasporumuzun fəaliyyətinin canlandırılması, azərbaycançılıq ideyasının, milli özünüdərkin gücləndirilməsi Ümummilli Lider Heydər Əliyev zəkasının bəhrəsidir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 illik tarixi bir dövrdə nəhəng quruculuq, misilsiz təşkilatçılıq işləri ilə yanaşı, çox zəngin elmi-nəzəri və mənəvi irs yaratmışdır. Bu zəngin irs ən qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin qızıl fonduna daxil olmuş, milli dövlət quruculuğu prosesində əvəzsiz sərvətə çevrilmişdir. Heydər Əliyevin xarakterində əyilməzlik, vüqarlılıq, möhtəşəmlik Onu həm də Vətənin, dövlətin böyük Sərkərdəsi kimi Ucalığını göstərir. Heydər Əliyevin gələcəyi, idealları Onun siyasi kursunun davamlılığındadır. O, sona çatdıra bilmədiyi taleyüklü işləri, dövlət kursunu cənab İlham Əliyevə əmanət etməklə bir daha uzaqgörənliyini göstərdi. 2003-cü ildə xalqa müraciətində siyasi varisi İlham Əliyevi dəstəkləməyə çağırırdı. Ulu öndər İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəyinə əmin idi. Onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyiniz və dəstəyi ilə İlham Əliyevin başa çatdıracağına inanırdı. O, bu əminliyində tamamilə haqlı idi.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu möhkəm bünövrə üzərində Azərbaycanı gücləndirərək artan iqtisadi imkanları ilk növbədə ordu quruculuğuna yönəltdi. Qüdrətli ordumuzun rəşadəti, iqtisadi gücümüz və artan beynəlxaql nüfuzumuz sayəsində Ulu öndərin müqəddəs vəsiyyətini yerinə yetirdi. Ərazi bütövlüyümüzü təmin edərək üçrəngli bayrağımızı bütün torpaqlarımızda, Qarabağın tacı olan Şuşada, mili ləyaqət ünvanızmız olan Xankəndidə qürurla dalğalandırdı.

Ən əsası, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında ən qürurlu mərhələsini yaşayır. Milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev hər bir azərbaycanlının qürur mənbəyidir!

Nuranə Quliyeva,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon A. Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi partiya təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see270

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see172

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri