Ölkəni Amerikaya satırlar, bu, cinayətdir Kooçəkzadə
Icma.az, Axar.az saytına istinadən bildirir.
Ölkəni Amerikaya satırlar.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu İran parlamentinin Tehran üzrə deputatı Mehdi Kooçəkzadə deyib.
Deputat Mərkəzi Bankın fiziki şəxslərə 10 min dollar satması qərarına etiraz edib və bunu ölkənin iqtisadi siyasəti baxımından cinayət adlandırıb:
“Sosial yardım alan vətəndaşların 10 min dollar almaq üçün tələb olunan məbləğə malik olması real deyil. Bu səbəbdən valyutanın əsasən varlı şəxslərin əlində cəmlənməsi riski yaranır.
Məmləkəti Amerikaya satırlar. Bu cinayətdir”.
Kooçəkzadə həmçinin ölkədə qanunların və idarəetmənin vəziyyətindən narazılığını bildirib və həbs olunmaqdan çəkinmədiyini deyib:
“Bu ölkə niyə belə sahibsiz qalıb ki, hər kəs istədiyini edir? Həbsxana da artıq adi hala çevrilib. Eybi yoxdur, mən həbsxanaya gedərəm”.
Baxış sayı:46
Bu xəbər 04 Oktyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















