Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Ölkəni sarsıdan qəzalar, cinayətlər: 2024cü ilin ən AĞIR HADİSƏLƏRİ

Ölkəni sarsıdan qəzalar, cinayətlər: 2024cü ilin ən AĞIR HADİSƏLƏRİ

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yola saldığımız 2024-cü il ölkə ərazisində geniş rezonans doğuran hadisələr, ağır yol-nəqliyyat hadisələri və səs-küylü məhkəmə prosesləri ilə də yadda qaldı.

Oxu.Az ölkə gündəmində təsir gücünə malik olan bir çox hadisələrin icmalını təqdim edir:

2024-cü ilin ilk ən ağır hadisəsi yanvar ayının 9-da Respublika Perinatal Mərkəzində baş verdi.

Baş Prokurorluğun məlumatına görə, yanğın nəticəsində yeddi körpə həyatını itirib, dörd nəfər xəsarət alıb, müəssisəyə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.

İlin ikinci ağır hadisəsi yanvar ayının 16-da Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış oldu.

Hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla ümumilikdə 24 nəfər xəsarət alıb, doqquz nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı idi.

İlin ən dəhşətli cinayət hadisəsi isə fevral ayının 13-də baş verib.

1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası, 1977-ci il təvəllüdlü Pikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları öldürüb. Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl isə başqa bir ünvanda bacısı, 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızı Ülviyyə Niftəliyevanı da öldürüb.

May ayının 16-da Bakıda məşhur "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğın da 2024-cü ilin rezonans yaradan hadisələri sırasında yer alıb.

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən dəbdəbəli gül dükanında yanğın zamanı xəsarət alan olmasa da, obyekt tamamilə yararsız hala düşdü.

Hadisə ilə bağlı Fövəladə Hallar Nazirliyinin (FHN) yaydığı açıqlamada ümumilikdə 1 450 kvadratmetr ərazinin - ümumi sahəsi 590 kv.m-lik gül mağazası, 50 kv.m olan geyim mağazası, 240 kv.m olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m tent və bitişik, içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m sahədə dolab və iki ədəd ötürücü qüllənin yanıb külə döndüyü qeyd olunurdu.

İyun ayının 1-i səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında baş verən zəncirvari yol-nəqliyyat hadisəsi üç nəfərin həyatını itirməsinə, bir nəfərin xəsarət almasına səbəb oldu.

Qəzanın baş verməsinə səbəb "Hyundai Santa Fe" "Hyundai Matrix" və "Daewoo Gentra" markalı avtomobillərin toqquşması olub. Ölənlərdən biri "Hyundai Santa Fe" markalı avtomobilin sürücüsü idi.

İyunun 15-i saat 18:30-da Qəbələ Dəmiryol Vağzalının qarşısında turistlər qəzaya düşüblər. Yol-nəqliyyat hadisəsi nəticəsində beş (hər biri qadın cinsli) xarici vətəndaş xəsarət alıb. Onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb. Avtoqəzaya düşən turistlərdən biri isə helikopterlə Bakıya təxliyə edilib.

İyul ayının 22-də Xalq artisti Ağadadaş Ağayevin Binəqədi rayonunda, yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə aralarında yaranmış mübahisə zamanı Bakı şəhər sakini Nurəddin Cəlilova balta atması da ilin ən səs-küylü hadisələri siyahısında yer alıb.

Hadisəyə xəstəlikdən əziyyət çəkən Xalq artistinin halının pisləşdiyi üçün klinikadan yardım istəməsi, mühafizəçinin isə onu klinikaya dəvət etməsinin səbəb olduğu bildirilir. Baş vermiş hadisə ilə bağlı məhkəmə çəkişmələri hələ də davam edir.

Avqustun 2-si, saat 11:20-də Bakı-Sumqayıt magistralında baş verən yol-nəqliyyat hadisəsi də ağır hadisələr siyahısındadır. Qəza nəticəsində bir nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Hadisə Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla Bakıdan Sumqayıta gedən, Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması səbəbindən baş verib. Nəticədə ISUZU yoldan çıxaraq aşıb.

Avqust ayının ən ağır yol-nəqliyyat hadisəsi Yeni Yasamal ərazisində qeydə alınıb.

Ayın 5-də Ə.Əhmədov küçəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı nəzarətdən çıxan avtobus digər avtomobillərə çırpılıb, "Toyota Camry" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb, avtobusla birlikdə 19 avtomobilə ciddi ziyan dəyib. Biri qadın, ikisi kişi olmaqla üç nəfər xəsarət alıb.

Noyabrın 27-də Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində avtoqəza da ilin ən ağır yol-nəqliyyat hadisələri sırasındadır. "Mercedes" markalı avtomobil ilə VAZ-2106 markalı avtomobilin toqquşması nəticəsində baş verən hadisə beşi hərbçi olmaqla, ümumilikdə altı nəfərin həyatını itirməsi ilə nəticələnib.

İlin ən gözlənilməz hadisələrindən biri isə oktyabrın 22-də baş verdi. Paytaxtda aramsız yağışların yaratdığı fəsadlarla bağlı "Sabunçu keçidi" adlanan əraziyə su yığıldı və nəticədə vaxtında körpünün altını tərk etmədiyi üçün su altında qalan "Ford" markalı minik avtomobilində olan iki nəfər həyatını itirdi.

Dekabrın 3-ü saat 06:40-da Sumqayıtda, 13-cü mikrorayonda yerləşən beşmərtəbəli binada baş verən partlayış da ilin hadisələri siyahısında yer alıb.

Partlayış zamanı ölən olmasa da, 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev, 2007-ci il təvəllüdlü Ayxan Ramin oğlu Əliyev və 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, 100-ə yaxın sakin isə binadan təxliyə edilib. Bir neçə gün sonra ata-oğul - Ramin və Ayxan Əliyevlər xstəxanada dünyalarını dəyişiblər.

Dekabrın 3-ü səhər saat 8 radələrində daha bir partlayış Novxanı kəndindəki fərdi yaşayış evində baş verib. Hadisə nəticəsində biri qadın, biri kişi olmaqla iki nəfər ağır xəsarət alıb. Onlar mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Qasım Həşimov və Aidə Həşimova idi.

2024-cü ilin ən sarsıdıcı hadisəsi isə dekabrın 25-də baş verdi. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi etdi. Qəza nəticəsində 38 nəfər həlak oldu, 29 sərnişin yaralandı.

Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Hadisə ilə bağlı dekabrın 26-da ölkədə matəm günü elan olundu.

Hadisədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızı "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunublar.

Ölkə başçısının digər sərəncamı ilə isə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri