Icma.az
close
up
RU
2024cü ildə ölkədə baş verən ən AĞIR HADİSƏLƏR

2024cü ildə ölkədə baş verən ən AĞIR HADİSƏLƏR

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yola saldığımız 2024-cü il ölkə ərazisində geniş rezonans doğuran hadisələr, ağır yol-nəqliyyat hadisələri və səs-küylü məhkəmə prosesləri ilə də yadda qaldı.

Milli.Az bildirir ki, Oxu.Az ölkə gündəmində təsir gücünə malik olan bir çox hadisələrin icmalını təqdim edir:

2024-cü ilin ilk ən ağır hadisəsi yanvar ayının 9-da Respublika Perinatal Mərkəzində baş verdi.

Baş Prokurorluğun məlumatına görə, yanğın nəticəsində yeddi körpə həyatını itirib, dörd nəfər xəsarət alıb, müəssisəyə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.

İlin ikinci ağır hadisəsi yanvar ayının 16-da Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış oldu.

Hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla ümumilikdə 24 nəfər xəsarət alıb, doqquz nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı idi.

İlin ən dəhşətli cinayət hadisəsi isə fevral ayının 13-də baş verib.

1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası, 1977-ci il təvəllüdlü Pikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları öldürüb. Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl isə başqa bir ünvanda bacısı, 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızı Ülviyyə Niftəliyevanı da öldürüb.

May ayının 16-da Bakıda məşhur "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğın da 2024-cü ilin rezonans yaradan hadisələri sırasında yer alıb.

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən dəbdəbəli gül dükanında yanğın zamanı xəsarət alan olmasa da, obyekt tamamilə yararsız hala düşdü.

Hadisə ilə bağlı Fövəladə Hallar Nazirliyinin (FHN) yaydığı açıqlamada ümumilikdə 1 450 kvadratmetr ərazinin - ümumi sahəsi 590 kv.m-lik gül mağazası, 50 kv.m olan geyim mağazası, 240 kv.m olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m tent və bitişik, içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m sahədə dolab və iki ədəd ötürücü qüllənin yanıb külə döndüyü qeyd olunurdu.

İyun ayının 1-i səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında baş verən zəncirvari yol-nəqliyyat hadisəsi üç nəfərin həyatını itirməsinə, bir nəfərin xəsarət almasına səbəb oldu.

Qəzanın baş verməsinə səbəb "Hyundai Santa Fe" "Hyundai Matrix" və "Daewoo Gentra" markalı avtomobillərin toqquşması olub. Ölənlərdən biri "Hyundai Santa Fe" markalı avtomobilin sürücüsü idi.

İyunun 15-i saat 18:30-da Qəbələ Dəmiryol Vağzalının qarşısında turistlər qəzaya düşüblər. Yol-nəqliyyat hadisəsi nəticəsində beş (hər biri qadın cinsli) xarici vətəndaş xəsarət alıb. Onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb. Avtoqəzaya düşən turistlərdən biri isə helikopterlə Bakıya təxliyə edilib.

İyul ayının 22-də Xalq artisti Ağadadaş Ağayevin Binəqədi rayonunda, yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə aralarında yaranmış mübahisə zamanı Bakı şəhər sakini Nurəddin Cəlilova balta atması da ilin ən səs-küylü hadisələri siyahısında yer alıb.

Hadisəyə xəstəlikdən əziyyət çəkən Xalq artistinin halının pisləşdiyi üçün klinikadan yardım istəməsi, mühafizəçinin isə onu klinikaya dəvət etməsinin səbəb olduğu bildirilir. Baş vermiş hadisə ilə bağlı məhkəmə çəkişmələri hələ də davam edir.

Avqustun 2-si, saat 11:20-də Bakı-Sumqayıt magistralında baş verən yol-nəqliyyat hadisəsi də ağır hadisələr siyahısındadır. Qəza nəticəsində bir nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Hadisə Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla Bakıdan Sumqayıta gedən, Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması səbəbindən baş verib. Nəticədə ISUZU yoldan çıxaraq aşıb.

Avqust ayının ən ağır yol-nəqliyyat hadisəsi Yeni Yasamal ərazisində qeydə alınıb.

Ayın 5-də Ə.Əhmədov küçəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı nəzarətdən çıxan avtobus digər avtomobillərə çırpılıb, "Toyota Camry" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb, avtobusla birlikdə 19 avtomobilə ciddi ziyan dəyib. Biri qadın, ikisi kişi olmaqla üç nəfər xəsarət alıb.

Noyabrın 27-də Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində avtoqəza da ilin ən ağır yol-nəqliyyat hadisələri sırasındadır. "Mercedes" markalı avtomobil ilə VAZ-2106 markalı avtomobilin toqquşması nəticəsində baş verən hadisə beşi hərbçi olmaqla, ümumilikdə altı nəfərin həyatını itirməsi ilə nəticələnib.

İlin ən gözlənilməz hadisələrindən biri isə oktyabrın 22-də baş verdi. Paytaxtda aramsız yağışların yaratdığı fəsadlarla bağlı "Sabunçu keçidi" adlanan əraziyə su yığıldı və nəticədə vaxtında körpünün altını tərk etmədiyi üçün su altında qalan "Ford" markalı minik avtomobilində olan iki nəfər həyatını itirdi.

Dekabrın 3-ü saat 06:40-da Sumqayıtda, 13-cü mikrorayonda yerləşən beşmərtəbəli binada baş verən partlayış da ilin hadisələri siyahısında yer alıb.

Partlayış zamanı ölən olmasa da, 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev, 2007-ci il təvəllüdlü Ayxan Ramin oğlu Əliyev və 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, 100-ə yaxın sakin isə binadan təxliyə edilib. Bir neçə gün sonra ata-oğul - Ramin və Ayxan Əliyevlər xstəxanada dünyalarını dəyişiblər.

Dekabrın 3-ü səhər saat 8 radələrində daha bir partlayış Novxanı kəndindəki fərdi yaşayış evində baş verib. Hadisə nəticəsində biri qadın, biri kişi olmaqla iki nəfər ağır xəsarət alıb. Onlar mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Qasım Həşimov və Aidə Həşimova idi.

2024-cü ilin ən sarsıdıcı hadisəsi isə dekabrın 25-də baş verdi. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi etdi. Qəza nəticəsində 38 nəfər həlak oldu, 29 sərnişin yaralandı.

Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Hadisə ilə bağlı dekabrın 26-da ölkədə matəm günü elan olundu.

Hadisədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunublar.

Həmçinin, qəza zamanı xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Dekabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1217

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see184

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see141

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see119

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see118

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see110

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see110

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri