Ölkənin dağlıq ərazilərinə qar yağıb, Lənkəran Astara bölgəsində leysan müşahidə olunur
Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.
Milli Hidrometeorologiya Xidməti noyabrın 4-ü saat 10:00-a olan faktiki hava şəraiti barədə məlumat yayıb.
Doğru.az xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, Kəlbəcər, Laçın və Qubadlının yüksək dağlıq ərazilərinə isə qar düşüb. Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakteri daşıyır.
Məlumata görə, düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 16, Şamaxı və Cəlilabadda 2, Bakı və Abşeron yarımadasında isə 2 millimetr təşkil edib. Qəbələ, Qobustan, Xızı, Quba, Yardımlı, Biləsuvar, Sabirabad, Xaltan, Şabran, Şuşa, Xankəndi, Xocavənd, Xocalı və Füzulidə isə yağıntının miqdarı 1 millimetr olub.
Daşkəsən, Ağdam, Sarıbaş (Qax), Kişçay (Şəki), Şamaxı, Qrız, Xaltan, Göyçay və Lerikdə duman müşahidə olunur, görmə məsafəsi 500 metrədək azalıb.
Doğru.az-ın məlumatına görə, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 5-i gündüzədək davam edəcək.
DOĞRU.AZ
Baxış sayı:26
Bu xəbər 04 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















