Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Ölkənin gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 5 ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar

Ölkənin gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 5 ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Bəyanatda vurğulanır ki, 2020-ci ildə qazanılmış tarixi Zəfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnmiş, əsrlərə yazılacaq qəhrəmanlıq səhifəsi yaratmışdır. Bu qələbə, ölkə başçısının dəmir iradəsi, şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində mümkün olmuşdur. Azərbaycan gəncliyi şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir və onların qəhrəmanlığını gələcək nəsillərə ötürməyi özünün ən ali vəzifəsi hesab edir.

Bəyanatda, həmçinin, müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə və Tərtərə qarşı həyata keçirdiyi raket və artilleriya hücumları qətiyyətlə pislənib. Mülki əhalinin - uşaqların, qadınların və yaşlıların hədəfə alınması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, insanlığa qarşı cinayət kimi qiymətləndirilib:

“Beş il əvvəl dünya Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər kimi şəhərlərimizi düşünülmüş şəkildə artilleriya və raket atəşinə tutmasının şahidi oldu. Bunlar hərbi hədəflər deyil, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla mülki insanların yaşadığı evlər idi. Bu hücumlarda kasetli sursatlardan istifadə edilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi və qurbanlara böyük iztirab və itkilər yaşatdı. Gəncə, Bərdə və Tərtərdən olan dağıntıların görüntüləri və məhv olmuş ailələrin xatirələri bizim kollektiv yaddaşımızda dərin bir yara olaraq qalır. Biz bu cür faciələrin heç vaxt unudulmaması və təkrarlanmaması üçün qətiyyətimizi bir daha bəyan edirik.”

44 günlük müharibədən sonra başlayan Böyük Qayıdış və azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan gəncliyi tərəfindən böyük həvəs, fədakarlıq və Vətən sevgisi ilə dəstəklənir, gənclər azad edilmiş torpaqlara yeni həyat və ümid gətirən nəsil kimi ön sırada olduğu bəyanatda xüsusilə vurğulanır.

Eyni zamanda, Azərbaycanın regionda sülhün və əməkdaşlığın təşəbbüskarı olduğu qeyd edilir. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sülh gündəliyinin əsas banisi kimi çıxış etmiş, Cənubi Qafqazda sabitlik və firavanlıq naminə qətiyyətli addımlar atmışdır. Bu səylərin məntiqi nəticəsi olaraq, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında Sülh Sazişi paraflanmışdır.

“Biz, Azərbaycan gəncləri, bu sülh gündəliyini tam dəstəkləyir, lakin eyni zamanda, onilliklər boyu davam edən münaqişədə həlak olmuş bütün günahsız insanların xatirəsini ehtiramla anır və müharibə cinayətkarlarının ədalət mühakiməsinə cəlb edilərək, cəzasızlığa birdəfəlik son qoyulacağına inanırıq,” – deyə bəyanatda vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Sentyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see283

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see180

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see129

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see126

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri