Icma.az
close
up
RU
Ölkənin strateji valyuta ehtiyatları artıb

Ölkənin strateji valyuta ehtiyatları artıb

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Nazirlər Kabineti parlamentdə hesabat verdi

ÜDM artıb, sosial müdafiə gücləndirilib, sosial ödənişlərin artırılması ilə bağlı mühüm qərarlar qəbul olunub

Martın 14-də Milli Məclisin növbəti iclası keçirilib. İclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı dinlənilib.

Əvvəlcə spiker Sahibə Qafarova martın 10-da və 11-də başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri barədə məlumat verib. Onun sözlərinə görə, səfər zamanı keçirilən görüşlərdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparılıb, möhkəm tarixi əsaslara malik olan münasibətlərin dinamik inkişafından razılıq ifadə edilib. Yüksək səviyyəli münasibətlərin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi bildirilib.

Sahibə Qafarova: Azərbaycan davamlı inkişaf yolunda bundan sonra da inamla addımlayacaq

Daha sonra S.Qafarova Nazirlər Kabinetinin hesabatı barədə fikirlərini bildirib. Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti Milli Məclisin yaz sessiyasının beşinci iclasında ötən ildəki fəaliyyəti barədə hesabat verir. Spiker qeyd edib ki, müstəqillik dövründə ilk dəfə olaraq 2024-cü ildə ölkəmizin bütün suveren ərazisində keçirilən prezident və parlament seçkiləri Azərbaycanın müstəqil inkişaf yolunda inamla irəlilədiyini bir daha təsdiq edib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası xalqımıza və dövlətimizə yeni böyük uğurlar gətirib. Dövlət başçısı tərəfindən ölkəmizin inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlüyü və səmərəliyi yüksəldib. Ölkənin iqtisadi dayanıqlığının qorunmasına, modernləşməyə və sosial rifaha xidmət edən düşünülmüş tədbirlər həyata keçirilib.  2024-cü il isə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdi. Noyabr ayında Bakıda keçirilən COP29 Konfransı Azərbaycanı iqlim dəyişmələri ilə bağlı beynəlxalq dialoqun mərkəzinə çevirdi”.

S.Qafarova deyib ki, 2024-cü ildə ümumi daxili məhsulun artımı həm neft, həm də qeyri neft-qaz  sahələri hesabına əldə edilib. İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə də nəqliyyat-tranzit potensialının reallaşdırılması, kənd təsərrüfatının, turizmin, rəqəmsal və “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülməkdədir. Hökumətin bu istiqamətdə gördüyü işlər iqtisadiyyatın dayanıqlı olmasına xidmət edir. Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2024-cü ildə büdcədən 5,4 milyard manata yaxın vəsait ayrılıb, il ərzində 5500-ə yaxın insanın doğma yurdlarına  köçürülməsi təmin edilib. Onun sözlərinə görə, ötən il dövlət büdcəsinin gəlirləri  proqnozdan 5,5 faiz və ya 774 milyon manat çox icra olunub.

MM sədri əminliyini ifadə edib ki, Azərbaycan dinamik və davamlı inkişaf yolunda bundan sonra da inamla addımlayacaq: “Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır. Ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilib”.

Əli Əsədov: Hesabat ilində ÜDM artımı 4,1 faiz təşkil edib

Sonra Baş nazir Əli Əsədov çıxış edərək illik hesabatı təqdim edib. O bildirib ki, hesabat ilində ölkədə 126,3 milyard manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. 2024-cü ildə ÜDM istehsalı neft-qaz sektorunda 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 6,2 faiz artıb. Qeyri-neft-qaz sənayesi 7,3 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM isə 3,6 faiz artaraq 12,4 min manat təşkil edib. 2024-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 47,4 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 5,3 milyard dollar olub. Qeyri-neft ixracı 3,3 milyard dolları üstələyib.

Hazırda strateji valyuta ehtiyatları 73 milyard dollara çatıb

Baş nazirin sözlərinə görə, 2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2,5 milyard dollar (və ya 3,7 faiz) artaraq 71 milyard dollar (hazırda 73 milyard dollar) təşkil edib və xarici dövlət borcunu 14 dəfə üstələyir: “İlin sonuna xarici dövlət borcunun məbləği 20,6 faiz azalaraq 5,1 milyard dollar olub və ÜDM-in cəmi 6,9 faizini təşkil edib. Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyi, makrofiskal və monetar siyasətlə bağlı qərarlar inflyasiyaya azaldıcı təsir edib. Hesabat ilində illik inflyasiya hədəf diapazonu daxilində olub. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4,9 faiz, orta illik inflyasiya isə 2,2 faiz təşkil edib”.

Diqqətə çatdırılıb ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37,2 milyard manat (102 faiz icra), xərcləri isə 37,7 milyard manat (95 faiz icra) təşkil edib. Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi - maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təmin edilib. Maliyyə vəziyyətimizin yaxşılaşması nəticəsində qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması, habelə dövlətlə özəl sektor arasında birgə maliyyələşdirmə istiqamətində kompleks işlər davam etdirilib. İnvestisiya təşviqi ilə bağlı yeni mexanizmlər əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəldilib. 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub, ondan 1,1 milyard manat həcmində məhsul ixracı edilib.

Sosial məsələlərə gəlincə, hesabatda qeyd edilib ki, 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin və real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39 faizi və ya 14,6 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. 2024-cü ildə orta pensiya məbləği 12 faiz, yaşa görə pensiya 11,3 faiz artıb, yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilib (9,8 faiz artım). Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub. Bundan əlavə, hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon manat vəsait ayrılıb. Hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir.

Bu il azad olunmuş ərazilərin bərpasına 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub

Baş nazir qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bütün sahələrdə bərpa-quruculuq işləri uğurla davam edir: “Hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlərlə təmin edilib və orada yaşayırlar. Ümumilikdə isə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar. İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir.  Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat vəsait ayrılıb, təkcə 2024-cü ildə bu rəqəm 5 milyard 347 milyon manat olub. 2025-ci ildə 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub”.

180 min hektara yaxın ərazi minalardan təmizlənib

Diqqətə çatdırılıb ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası 2024-cü ildə də prioritet xərclər sırasında birinci olub. Bu məqsədlə 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb. Bu, 2023-cü illə müqayisədə 12 faiz çox olub.

Ötən il, həmçinin işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparıləb. Belə ki, bu dövrdə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 2025-ci ildə isə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

Əli Əsədov onu da bildirib ki, ötən il  ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciət daxil olub. Bu müraciətlərin 34-ü humanitar, 31-i iqtisadi, 23-ü sosial, 22-i nəqliyyat və yol infrastrukturu, 15-i tikinti, 14-ü kommunal, 5-i qanunvericilik, 4-ü təhlükəsizlik, 3-ü isə digər sahələrə aiddir. Bunlardan 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilib və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulub. Digər 46 məsələnin icrası istiqamətində isə işlər hazırda davam etdirilir.

Baş nazir əmin edib ki, bundan sonra da bu müsbət inkişaf dinamikasının saxlanılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə Hökumət böyük əzmlə çalışacaq.

Müzakirələr zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Musa Qasımlı və Ziyafət Əsgərov, komitə sədrləri Azər Əmiraslanov, Tahir Rzayev, Zahid Oruc,  deputatlar Elman Nəsirov, Bəhruz Məhərrəmov, Aydın Mirzəzadə və başqaları çıxış edərək hesabata münasibət bildiriblər.

Müzakirələrin sonunda Nazirlər Kabinetinin illik hesabatı qəbul olunub.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Mart 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see233

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see164

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see139

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see136

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see131

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see131

Müharibə ANONSU: Yaxın saatlarda İsrail İrana hücum edən bilər 3 PLAN

12 İyun 2025 09:46see130

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see126

Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib

12 İyun 2025 08:17see125

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see124

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see123

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see123

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see119

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see119

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see118

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see118

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see118

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see118

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see116

İstanbulda zəzlələ olub 3,5 bal gücündə

12 İyun 2025 06:45see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri