Ölkəsini sammitdə özü yox, Makron təmsil edəcək
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniyanın Baş naziri Pedro Sançes 26-27 noyabr tarixlərində keçiriləcək Avropa İttifaqı sammitində ölkəsini təmsil etmək səlahiyyətini Fransa Prezidenti Emmanuel Makrona verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
“Sançes və Makron arasındakı yaxın şəxsi münasibətləri və güclü siyasi əlaqələri nəzərə alaraq, sonuncu Brüsseldəki sammitdə Madridi təmsil edəcək”, - məlumatda deyilir.
P. Sançes noyabrın 29-u İspaniyada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq sammitdə şəxsən iştirak edə bilməyəcək.
Qeyd edək ki, İspaniyanın Baş naziri oktyabrın 5-də parlamentin buraxıldığını elan edib. O, vətəndaşların mövcud hakimiyyətdən narazı olduqlarını və hökumətin qarşıya qoyulmuş bir çox vəzifələri icra edə bilmədiyini bildirib. Sançes qeyd edib ki, yeni islahatların aparılması üçün İspaniya hökuməti əhalinin dəstəyini yeniləməli və genişləndirməli, həmçinin parlamentdə daha geniş mütərəqqi səs çoxluğunun formalaşmasına nail olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 26 Noyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















