Icma.az
close
up
RU
Ölkəyə ən çox palma yağı gətirilib Tələbat çoxdur...

Ölkəyə ən çox palma yağı gətirilib Tələbat çoxdur...

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan ötən il qida məqsədilə yağ idxalına 400 milyon dollardan artıq vəsait xərcləyib. Bu qədər vəsaitlə 211 min tona yaxın yağ alınıb. Xərclənən vəsaitin təxminən yarısı bitki mənşəli, digər yarısı heyvan mənşəli yağlara alınmasına ayrılıb.

Sfera.az Dövlət Gömrük Komitəsinin və Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, yağ növləri arasında ən çox pul kərə yağının idxalına sərf olunub.

2024-cü ildə ölkəmizə 24 507 ton kərə yağı idxal edilib. Bu qədər yağın alınmasına 139,5 milyon dollar pul ayrılıb. Bir kiloqram kərə yağının idxal xərci 9,67 manata başa gəlib. Kərə yağı ilə yanaşı 5 104 ton süddən alınan digər yağlar idxal edilib. Onların idxalına 34,1 milyon dollar xərclənib. Süddən alınan digər yağların bir kiloqramı 11,4 manata başa gəlib. 

Bitki mənşəli yağlar arasında daha çox vəsait palma yağlarının alınmasına xərclənib. 2024-cü ildə 82,2 milyon dollar dəyərində 64,8 min tona yaxın palma yağı alınıb. Palma yağının bir kiloqramı 1,34 manat olub. Günəbaxan yağı idxalına çəkilən xərc də böyükdür. Bir ildə xaricdən alınan 66,8 min ton günəbaxan yağı üçün 73,7 milyon dollar pul ayrılıb. Bir kiloqram günəbaxan yağının idxal qiyməti 1,88 manata başa gəlib. 

Azərbaycan bir ildə 19 min tondan artıq günəbaxan yağı da alıb. Günəbaxan yağının idxal xərci 26,61 milyon dollar təşkil edib. Günabaxan yağının hər kiloqramına orta hesabla 2,4 manat ödənilib. Ötən il zeytun yağının idxal miqdar isə 1944 ton olub. Zeytun yağının idxalına ümumilikdə 8,96 milyon dollar xərclənib. Zeytun yağının bir kiloqramı 7,84 manata başa gəlib. 

Adıçəkilən yağlardan başqa ölkəmizə soya, araxis, pambıq, kokos, raps, xardal, kətan yağı, gənəgərçək yağı, küncüt yağı da idxal edilib. Məlumatların təhlili göstərir ki, yağlar arasında ən bahalısı süddən alınan yağlar, ən ucuzu palma yağıdır. Son illərdə dəyər ifadəsində idxalı ən çox artan isə palma və kərə yağı olub. Palma yağının idxalına çəkilən xərcin artması idxal miqdarının artması ilə bağlıdırsa, kərə yağına çəkilən xərcin artması qiymətlərin yüksəlməsi ilə əlaqəlidir. 

Vasif
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Fevral 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri