Icma.az
close
up
RU
Ölkəyə gələn turistlərin sayı niyə azalır?

Ölkəyə gələn turistlərin sayı niyə azalır?

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son bir neçə ildir ki, ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunur. Statistik məlumatlar da bunu sübut edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 183 ölkədən 1 milyon 948,2 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin böyük hissəsi Rusiya, Türkiyə, İran və Hindistan vətəndaşlarıdır. Sonrakı pillələrdə Səudiyyə Ərəbistanı (cəmi 4,5 faiz), Gürcüstan (4,2 faiz), Qazaxıstan (4 faiz), Pakistan (3,4 faiz), Çin (2,6 faiz), Özbəkistan, İsrail (2,3 faiz), Birləşmiş Ərəb Əmirlikləri (1,6 faiz), Ukrayna (1,4 faiz), Türkmənistan və Küveyt (hər biri 1,2 faiz) qərarlaşıb.

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,5 faiz artaraq 88,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,9 faiz azalaraq 321,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,2 faiz azalaraq 669,8 min nəfər olub.

Hava yolları ilə ölkəyə gəlmək baha başa gəlir

İqtisadçı ekspert Razi Abasbəylinin sözlərinə görə, Azərbaycana gələn turistlərin sayında azalmanın bir sıra səbəbləri var. Burada birinci növbədə quru sərhədlərin bağlı olması dayanır. Sərhədlər açıq olsa idi, ölkəyə turist axını olardı. Münasib qiymətə  nəqliyyat vasitələrindən istifadə etməklə turistlər Azərbaycana gələ bilərdirlər. Çünki hava yolları ilə ölkəyə gəlmək onlara baha başa gəlir: "Hər kəsə məlumdur ki, təyyarə biletləri çox bahadır. Aşağı büdcəli təyyarə biletləri isə əlçatan deyil. Bu səbəbdən də imkanı aşağı olan turistlərin ölkəyə gəlişi məhdudlaşır. Nəqliyyat xərcinin baha olması səbəbindən Azərbaycana səyahət etmək büdcə baxımından xarici turistlərə sərf etmir. Nisbətən ucuz otel və mehmanxanalarda xidmət səviyyəsinin aşağı olması, restoranlarda keyfiyyət və xidmət arasındakı tərs mütənasiblik, nəticə etibarilə ölkəyə gələn turistlərin sayının azalmasına gətirib çıxarır".

Turizm təkcə iqtisadi deyil, həm də sosial baxımdan vacib sahədir

Ekspert bildirib ki, turist axınının azalması ölkə iqtisadiyyatına ciddi zərər vurur: "Azərbaycana gələn hər bir turist özü ilə valyuta gətirir. Bu da ölkəyə valyuta axını deməkdir. Turizm sektoru Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas istiqamətlərindən biridir. Hər bir xarici turist ölkəyə valyuta gətirir və bu, ölkənin tədiyə balansına müsbət təsir edir. Turistlərin azalması nəticəsində xidmət sektorunun gəlirləri, xüsusilə də otellər, restoranlar, nəqliyyat və əyləncə müəssisələrinin dövriyyəsi azalır. Bu da öz növbəsində dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına səbəb olur. Turizm təkcə iqtisadi deyil, həm də sosial baxımdan vacib sahədir. Turist axınının azalması yerli əhalinin məşğulluq imkanlarını məhdudlaşdırır, kiçik və orta sahibkarlığın inkişafını ləngidir. Bundan başqa, Azərbaycanın beynəlxalq imicinin zəifləməsi, ölkənin mədəni və tarixi irsinin xaricdə tanıdılmasına mane olur. Bu vəziyyətin qarşısını almaq üçün turizm infrastrukturunun inkişafı, viza prosedurlarının sadələşdirilməsi, beynəlxalq təbliğat və tanıtım kampaniyalarının gücləndirilməsi vacibdir".

Azərbaycana bir dəfə səfər edənlər artıq başqa ölkələrə getməyi seçirlər

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bu gün MDB ölkələrindən Azərbaycana gələnlərin sayının azalmasına təsir göstərən ən böyük amil quru sərhədlərinin bağlı olmasıdır. Quru sərhədləri açıq olsa idi, ən azı Gürcüstan, Rusiyadan gələn turistlərin sayında kifayət qədər ciddi artım ola bilərdi. Körfəz ölkələrindən gələnlərin sayının azalması isə çox güman ki, bazarın doyumluluğu ilə əlaqəlidir. Son 2-3 ildə Körfəz ölkələrindən gələnlərin sayı sürətlə artır. Nəticədə bazarda sanki doyumluluq yarandı: "Bu gün Azərbaycana bir dəfə səfər edənlər artıq başqa ölkələrə getməyi seçirlər. Hesab edirəm ki, burada başlıca faktorlardan biri turizmlə bağlı fəqli hekayələrin reklamıdır. Cəlbedici hekayələrin olmasının da ciddi önəmi olmalıdır. Turist cəlbi həm də müəyyən tədbir və hekayələrə bağlıdır. Azərbaycan öz turizm potensialını, təəssüf ki, hələ ciddi hekayələr qurmaqla sata bilmir. Biz bu işləri genişləndirməli, alternativ turizm növlərini ortaya çıxarmalıyıq. Təbiət, sağlamlıq, ekoloji turizm sahələrinə ciddi diqqət yetirilməlidir. Bu sadalanan istiqamətlər üzrə təbliğat xarakterli hekayələr hazırlanmalı və paylaşılmalıdır. Hazırda bütün dünyada təbiət, sağlamlıq, ekoloji turizmə üstünlük verilir. Buna tələbat get-gedə artır. Biz də bu tələbə uyğun hərəkət etməliyik və işimizi buna uyğun qurmalıyıq".

Turizm bazarının inkişafı üçün müxtəlif büdcəli turistlərə uyğun seçimlərin olması vacibdir

Natiq Cəfərlinin dediyinə görə, ölkəyə gələn turistlərin sayının azalmasına səbəb ucuz otellərin sayının azlığıdır: "Bizdə beşulduzlu otellərin sayı yetərli qədər var, amma onlar da bahadır. Ölkədə ucuz seqmentdə problem var. Home otel (evlərdə otel - red.), butik otel konsepsiyaları, üçulduzlu otellərin sayı azdır ki, bu da ümumən qiymətlərin yüksək olmasına səbəb olur. Bu da turist axınının azalmasına səbəb olan əsas amillərdən biridir. Hazırda ölkədə əsasən lüks və bahalı otellər üstünlük təşkil edir. Burada da qiymətlər çox yüksəkdir. Bu da gənc turistlərin səyahət üçün Azərbaycanı seçməsinə mane olur. Bu gün turizm bazarının uğurlu inkişafı üçün müxtəlif büdcəli turistlərə uyğun seçimlərin olması vacibdir. Çünki turistlərin əksər hissəsi daha çox qənaətcil səyahət etməyə üstünlük verirlər. Əgər onlara münasib qiymətə yerləşmə təklif olunmursa, onlar alternativ istiqamətlərə, məsələn, Gürcüstana, Türkiyəyə və ya digər region ölkələrinə üz tuturlar. Hesab edirəm ki, ucuz otellərin və hostellərin sayının artırılması həm turizm gəlirlərini, həm də regionlarda məşğulluğu artıra bilər. Bu, həmçinin daxili turizmin inkişafına, yəni yerli turistlərin də ölkə daxilində daha çox səyahət etməsinə şərait yaradar".

Turizmdə də əsas məsələ rəqabətdir

İqtisadçı vurğulayıb ki, digər sahələrdə olduğu kimi, turizmdə də əsas məsələ rəqabətdir. Daha çox az büdcəli turistlərin cibinə uyğun turizm obyektləri açılmalıdır ki, rəqabətli mühit yaransın. Rəqabətli mühit qiymətləri tənzimləyəcək əsas faktora çevrilir. Bu, təkcə Azərbaycanda deyil, dünyanın hər yerində belədir: "Digər bir mühüm və vacib məsələ isə vizadır. Düzdür, viza məsələsində bir az irəliləyiş var. Azərbaycandan digər ölkələrə elektron vizalar tətbiq olunur. Hesab edirəm ki, ümumiyyətlə, Avropa ölkələrinə, Amerikaya, Kanadaya, Yaponiyaya, Çinə vizaların ləğv edilməsi daha doğru olardı. Bu, ölkəyə turist axınının artmasına səbəb olar".

Təbii gözəllikləri ilə seçilən bu zonalarda turizmin inkişafı üçün böyük potensial var

Turizm üzrə eksperti Cabir Dövlətzadə bildirib ki, Qarabağın turizm potensialı çox böyükdür. Şuşa, Laçın, Kəlbəcər, Xankəndi həm təbii, həm tarixi, həm də mədəni baxımdan Azərbaycanın ən zəngin bölgələrindən biri hesab olunur. Təbii gözəllikləri ilə seçilən bu zonalarda turizmin inkişafı üçün böyük potensial var. Qarabağ ərazisi kəşf edilməmiş zonadır və turistlər belə yerlərə səyahət etməkdə maraqlıdırlar. Onlar bu bölgələrdə olmaq, təbiətindən zövq almaqda maraqlıdırlar: "Qarabağın turizm potensialı gələcəkdə digər turizm zonalarını üstələyəcək. Dağlarından, meşələrindən tutmuş, havasına qədər əsrarəngiz yerlərdir. Xaricdə Qarabağın turizm potensialının nümayiş etdirilməsi, təbliği və təqdimatı oraya turist axınını gücləndirəcək. Füzuli və Zəngilanda hava limanlarının olması turist səfərlərini asanlaşdırır. Ərazinin təhlükəsizliyi tam təmin edildikdən sonra əvvəlcə daxili turizmi inkişaf etdirmək, sonra isə xarici turist axınını gücləndirmək olar. Dünya təcrübəsi onu göstərir ki, turistlər hər zaman ənənəvi səyahət nöqtələrindən daha çox kəşf edilməmiş yerlərə maraq göstərirlər. Laçın, Kəlbəcər və Qubadlı rayonlarında dağ turizmi, yürüş və ekoturizm üçün ideal şərait var. İstisu kimi mineral bulaqlar müalicəvi sanatoriya turizminin inkişafı üçün mühüm potensiala malikdir. Qarabağın iqlimi ilboyu müxtəlif turizm növlərinin təşkili üçün əlverişlidir. Nəzərə alıb, buna uyğun hərəkət edilməlidir".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri