Icma.az
close
up
RU
Ölməz ekran əsərləri

Ölməz ekran əsərləri

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kino da insan kimidir: yaranır, yaşayır, ya xoş xatirələrlə anılır, ya da unudulub gedir. Bu il Azərbaycan kinematoqrafiyasına öz möhürünü vurmuş bir sıra ekran əsərinin yubiley ilidir. Uzun bir dövr ərzində maraqla baxdığımız, obrazlarının dediklərini, dil əzbərimiz olub zərbi-məsələ dönən sitatlarını tez-tez təkrarladığımız “ölməz” filmlərimiz az deyil.

Yubileyi olan məşhur ekran əsərlərimizin ən “qocaman”ı yarandığı 1945-ci ildən bəri dünyanı gəzən, indi də “möhtərəm”liyini qoruyan “Arşın mal alan” filmidir. Milli mentalitetimizin parlaq inikası olan, geniş ictimai məzmunu, mənəvi-tərbiyəvi rolu və yumoristik səciyyəsi ilə nəsillər tərəfindən sevilən bu kino əsəri zamanın sınaqlarından keçərək dəyərini zərrəcə itirməyib.

Əslində, “Arşın mal alan”ın yaşı 80 deyil, daha artıqdır. Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixindən” adlı 1-ci kitabında yazdığı kimi, hələ 1916-cı ildə Bakıda “Film” aksioner cəmiyyətinin təşəbbüsü ilə rejissor Svetlov “Arşın mal alan” filmini çəkib. Əsgər rolunda H.Sarabski, Gülçöhrə rolunda Q.Ağdamski, Süleyman rolunda M.A.Əliyev, Soltan bəy rolunda Ə.Hüseynzadə, Vəli rolunda H.Terequlov, Gülcahan rolunda Ç.Nərimanova çəkilsə də, film uğur qazanmayıb. Bu durum əsərin müəllifi Üzeyir Hacıbəylinin və bir sıra Azərbaycan ziyalılarını narahat edib. “Sovqat” və “Kaspi” qəzetlərində yazılıb ki, 1917-ci il yanvarın 1-də ekrana buraxılan “Arşın mal alan” əsəri bir neçə gündən sonra ekrandan çıxarılıb.

Daha sonra kino sənəti ilə heç bir əlaqəsi olmayan Belyakov soyadlı birisi və erməni rejissor Ruben Mamulyan “Arşın mal alan”ı ekranlaşdırıb pul və şöhrət qazanmaq istəyiblər. Erməninin Amerikada hasilə yetirdiyi filmdə nəinki müəllifin, heç Azərbaycanın adı çəkilməyib (Göründüyü kimi, nankor qonşularımız özlərinə xas “mədəniyyət”i hələ o vaxtlardan nümayiş etdiriblər). Hər iki film uğursuz alınıb. Beləliklə, kino yolu heç də hamar olmayan “Arşın mal alan” əsərinin üzü yalnız 1945-ci ildə gülüb… İkinci Dünya müharibəsindən sonra – oktyabrın 1-də ilk tamaşası reallaşan klassik əsəri görkəmli kinorejissor Rza Təhmasib ekranlaşdırıb. Burada Üzeyir Hacıbəyli məşhur operettasında yaratdığı qəhrəmanları keçmişin adət-ənənələrinə qarşı qoymuşdur. Onlar azad sevgi uğrunda mübarizə aparır və qalib gəlirlər. Bütün bunlar yüksək səviyyədə ekran həllini tapıb.

Onu da deyək ki, 1965-ci ildə bu populyar film Mərkəzi televiziyanın sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında Tofiq Tağızadə tərəfindən yenidən çəkilib və texniki imkanlar baxımından “cavanlaşdırılıb”. Sonralar da bu proses davam etdirilib. Tacir Əsgəri (Rəşid Behbudov–Həsən Məmmədov), Gülçöhrəsi (Leyla Bədirbəyli–Leyla Şıxlinskaya), Asyası (Fatma Mehrəliyeva–Xuraman Hacıyeva), Soltan bəyi (Ələkdər Hüseynzadə–Ağadadaş Qurbanov), Süleymanı (İsmayıl Əfəndiyev), Cahan xalası (Münəvvər Kələntərli–Nəcibə Məlikova), Vəlisi (Lütfəli Abdullayev), Tellisi (Fatma Mehrəliyeva–Səfurə İbrahimova) və digər obrazları seyrçi sevgisi qazanıb.

Hələ 1945-ci ildə 16 milyon 270 min tamaşaçı ilə prokat lideri olan “Arşın mal alan” filmi daha sonra dünya üzrə “100 sevimli film” seriyasında “Qızıl siyahı”ya salınıb. Növbəti ildə bəstəkar Üzeyir Hacıbəyli, rejissor Rza Təhmasib başda olmaqla kinolentin bir qrup yaradıcı heyəti Stalin mükafatına layiq görülüb. Film sovet dövründə 136 ölkədə nümayiş etdirilib, 86 dilə tərcümə edilib. 10 il əvvəl isə Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100 və bu məşhur ekran işinin 70 illiyi ilə əlaqədar olaraq, bərpa edilmiş və rənglənmiş variantı Hollivudda uğurla nümayiş olunub…

Bu il 70 yaşı tamam olan tammetrajlı “Bəxtiyar” və “Görüş” bədii filmləri də böyük populyarlıq qazanmış ekran əsərləridir. “Bəxtiyar” filminin ssenarisi yazılan zaman baş qəhrəman, neftçi-müğənni Bəxtiyar Muradovun həyatı elə rolun ifaçısı Rəşid Behbudovun həyatı əsasında qələmə alınıb. Ekran işinin rejissoru Lətif Səfərov, ssenari müəllifləri isə rus sənətçilər Boris Laskin və Nikolay Rojkovdir.

Rəşid Behbudovun arxivində kinorejissor M.Əlilinin müğənniyə göndərdiyi bir teleqram saxlanılır. Öncə teleqramın məzmununu oxucuların nəzərinə çatdıraq: “Stalin mükafatı laureatı, xalq artisti Behbudov Rəşidə. Ad günü münasibətilə bizim Rəşidi… Əsgəri, Kamalı, Sərvəri ürəkdən təbrik edirik. Cansağlığı, uzun məhsuldar həyat, həmçinin yaradıcılıq uğurları arzulayırıq”.

Teleqramın arxasındakı möhürdə “14.12.1954” tarixi göstərilib. M.Əlilinin teleqramda adlarını çəkdiyi qəhrəmanlardan biri olan Kamal “Bəxtiyar” filminin qəhrəmanı Bəxtiyarın əvvəlki adıdır. Yəni rejissor ssenarisində filmin adı “Ən xoşbəxt gün” idi. Baş qəhrəmanın adı isə Kamal yazılmışdı. Çəkiliş prosesində filmin və qəhrəmanın adı yenidən dəyişdirilir. Bu dəfə filmin adı “Sevimli mahnı”, qəhrəmanın adı isə Əsgər olaraq seçilir. Sonrakı proseslərdə “Mahnı ilə eldən-elə” adının üzərində dayanılır. Hazır materialda isə yenidən yaradıcı heyət bir araya gələrək fikir mübadiləsi aparır və Azərbaycan variantında film “Bəxtiyar”, rus variantında isə “Sevimli mahnı” adlandırılır. Baş qəhrəmana isə Bəxtiyar adı verilir.

…Hələ uşaq ikən Bəxtiyar öz məlahətli səsi ilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin Bəxtiyar xüsusi musiqi təhsili almaq haqda ona verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedib neftçi olur. İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarın estrada müğənnisi kimi konsertlərini təşkil edir və bu yolla çoxlu pul qazanır. Nəticədə Bəxtiyarın səsi tutulur. Nəhayət, o, müğənniliyin böyük sənət olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa başlayır. Dostları Bəxtiyarın ondan küsmüş sevgilisi Saşa ilə barışmasına kömək edirlər. Digər rollarda Tamara Çernova, Faiq Mustafayev və başqaları çəkiliblər. Filmin bəstəkarı Tofiq Quliyevdir.

Filmdə Yusifin (Faiq Mustafayev), Gülzar və Zəhra Hüseynova bacılarının (Münəvvər Kələntərli–Sona Hacıyeva) oyunları da təsirlidir. Xüsusilə, Bəxtiyarın uşaqlıq dostu Yusifin Saşanı ələ almaq cəhdləri yaddaqalandır, bacıların “Babam evlənir, 90 yaşında…” dueti könülləri fəth edib.

Tofiq Tağızadənin böyük ekranda ilk sınağı olan “Görüş” filmi də 1955-ci ildə lentə alınıb. Ekran əsəri Azərbaycan və Özbəkistanın bir-biri ilə yarışan pambıqçılarının dostluğundan bəhs edir. Burada xalqımızın məişəti, adət-ənənələri, qonaqpərvərliyi, mənəvi-əxlaqi dəyərləri öz əksini tapıb. Eyni zamanda, nəzərə almağa dəyər ki, SSRİ dövründə kino sənayesi müəyyən mənada diqqət mərkəzində idi və filmin siyasi konteksti komediya janrı ilə vəhdət təşkil edib. Ona görə də filmdə mənalı gülüş doğuran xeyli yumorlu səhnələr var. Məşhur aktyorların rəngarəng, inandırıcı ifası keçmiş Sovetlər Birliyində böyük uğur qazanmış komik filmin təsir gücünü artırıb.

Filmin süjetinin mərkəzində özbək qızı Lala (Nelya Ataullayeva) və azərbaycanlı Kamilin (Arif Mirzəquliyev – kinosevərlər onu “O olmasın, bu olsun” ekran əsərində Sərvər rolundan tanıyırlar) məhəbbət hekayəsi yer alıb. Kinolentin əsas qəhrəmanının əmək qabaqcılı Lalaya ülvi hissləri onu bivec və tənbəl oğlandan istehsalat ustasına çevirir.

“Görüş”də L.Bədirbəyli, H.Salayev, M.Kələntərli, Ə.Ağayev, A.Cavadov, B.Şəkinskaya və başqa ünlü sənətçilər də gözəl obrazlar yaradıblar.

(ardı var)

Ə.DOSTƏLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see302

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see280

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see209

WUF13 də uşaqlar üçün yaradılan xüsusi zonadan FOTOREPORTAJ

19 May 2026 18:57see195

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see192

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see187

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see185

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see182

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see180

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see176

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see176

Novxanıda hotel yanır

19 May 2026 19:10see170

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see167

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see165

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see161

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see156

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see152

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see151

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see148

Meyvə şirəsi zərərlidir? Açıqlama

19 May 2026 20:38see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri