Icma.az
close
up
RU
Ölüm olan klinikada yoxlama aparıldı Həkim qanunsuz işləyirmiş

Ölüm olan klinikada yoxlama aparıldı Həkim qanunsuz işləyirmiş

Icma.az bildirir, Tribuna portalına istinadən.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi “Mərcan” klinikasında ölüm faktından sonra aparılmış plandankənar yoxlamanın nəticələrini açıqlayıb.

 Tribunainfo.az “Qafqazinfo”-a istiandən xəbər verir ki, nazirliyin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzində işçi qrup yaradılıb və “Mərcan” klinikasında plandankənar yoxlama həyata keçirilib.

Mərkəzdən bildirilib ki, daha əvvəl keçirilmiş yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntuları səbəbindən “Mərcan” klinikasının cərrahiyyə əməliyyatları aparmaq hüququ dayandırılıb, yəni lisenziyasının fəaliyyəti məhdudlaşdırılıb. Lakin buna baxmayaraq, plandankənar yoxlama zamanı klinikada cərrahiyyə əməliyyatlarının icrasının davam etdirildiyi müəyyən edilib.

Aşkarlanmış faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə hüquqi tədbirlərin görülməsi üçün təqdim olunub.

İXM-in 215.1-ci maddəsinə əsasən, lisenziyada nəzərdə tutulmayan tibb fəaliyyətinin həyata keçirilməsinə görə:

– fiziki şəxslər 300 manatdan 500 manatadək,

– vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,

– hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.

Bundan əlavə, yoxlama zamanı həkim Nigar Məhəmmədovanın müvafiq sertifikasiyadan keçmədən plastik cərrah fəaliyyəti göstərdiyi faktı da aşkar edilib. Bu fakta görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib olunub və müvafiq orqanlara təqdim edilib.

İXM-in 215.4-cü maddəsinə əsasən, sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına görə:

– vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,

– hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.

Məlumatda qeyd olunub ki, həmin ölüm faktı hüquq-mühafizə orqanlarının araşdırma səlahiyyətindədir və bu məsələ müvafiq qaydada həmin qurumlar tərəfindən araşdırılır.

Qeyd edək ki, Rusiya vətəndaşı olan 37 yaşlı Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

Bu barədə ilk məlumatı Teleqraf.az yayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 İyun 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri