Icma.az
close
up
RU
Ölümdən əvvəl bunları yazdım ki, sonra... Azərbaycanlı rejissorun paylaşımı hər kəsi təlaşlandırıb

Ölümdən əvvəl bunları yazdım ki, sonra... Azərbaycanlı rejissorun paylaşımı hər kəsi təlaşlandırıb

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Azərbaycanlı rejissorun sosial media hesabında paylaşdığım açıqlama hər kəsi təlaşlandırıb.

Kulis.az xəbər verir ki, o, həyatla vidalaşmaq qərarına gəldiyini qeyd edib:

"Əziz dostlar, bu, sizə ünvanladığım son statusumdur. Mümkün qədər qısa yazmağa çalışacağam. Səbri olan oxusun, ya da xülasəni bir dostdan soruşun.
Bu gün həyatla vidalaşmaq qərarına gəldim.

Söhbət hazırda yaşadığımız, nəfəs aldığımız qısa müddətdən gedir – cəhənnəm və cənnət bölgüsündən öncəki zamandan.

Kimə görə ölümdən sonra heç nə yoxdur, kimə görə isə Rəbbimizin haqq-hesab günü var. Bütün səmavi dinlər bunu təsdiqləyir. Mən Allahın varlığına, əməllərimizə görə Onun qarşısında cavab verəcəyimizə bütün varlığımla inanan, inanclı bir insanam.

Mən bu ölkədəki on minlərlə azərbaycanlıdan biriyəm: gah namaz qılıb, gah içki içən, sonra yenidən tövbə edib, yenidən yolunu azan... İmanımı kamilləşdirə bilmədim.

Bəzən illərlə namaz qıldım, hətta gecələri Allaha olan sevgidən ağlayaraq ibadət etdim. Həmin dönəmlərdə dinin müsəlman kişisindən tələb etdiyi bütün qaydalara əməl etdim. Quranı demək olar ki, əzbər bilirəm. Hətta Kumeyl duasını Azərbaycan dilində səsləndirərək "YouTube" səhifəmdə paylaşdım, yüz minlərlə insan izlədi.

Lakin sonra elə oldu ki, aylarla içki içdim. Həmin dönəmlərimdə ssenarilər yazdım, filmlər çəkdim, musiqilər bəstələdim.

Bu ikili həyatım (gəldim, qayıtdım, gəldim, qayıtdım) qismən bioloji səbəblə də bağlıdır. Mən əkiz idim. Atam (Qafur Mustafayev), 1984-cü ildə Kürdəmirdə vəzifəli şəxs idi. O yaşda övlad istəmədiyi üçün (məndən öncə 5 övlad var idi) abort qərarı verildi. Lakin o zaman tibbi texnologiyalar zəif olduğu üçün əkiz tayımı götürdülər, mən isə necəsə sağ qaldım. Bir müddət sonra bu aydın olanda, yaşamağıma qərar verildi. Beləliklə, mən qoca valideynlərimin plandan kənar övladı kimi doğuldum.

Atam ziyalı idi, tarix müəllimi, direktor, Kürdəmir təhsil şöbəsinin müdiri. Məni vətənpərvər ruhda böyütdü. (çox nahaq yerə).
17 yaşından mediada, 21 yaşımdan TV-də işləmişəm. Ölkənin ilk xəbər kanalının qurucularındanam. Bədii və sənədli filmlərim var. Ərsəyə gətirdiyim bütün işlərdə və verilişlərdə həmişə milli-mühafizəkar mövqedən çıxış etmişəm.

İndi, Allahdan başqa heç kimdən qorxumun olmadığı bu son anlarda səmimiyyətlə yazıram ki, **bu ölkəni, bu insanları və milli dəyərlərimizi çox sevmişəm.

Mənim faciəm ARB 24 TV-dəki Baş Prodüser işindən ayrılıb, yeni şirkət – NNET Medianı qurmaq qərarından sonra başladı.

İki il əvvəl şirkəti təsis edərkən plan fərqli idi: investor bir il ərzində vəsait ayıracaq, mən isə şirkəti özünü dolandıracaq vəziyyətə gətirəcəyəm. Mən maliyyə işlərinə qarışmayacaqdım. Lakin təəssüf ki, pulu ayıran investor yox, digər təsisçinin qeyri-adekvat davranışları səbəbindən maliyyə cəmi 4 ay sonra dayandırıldı. Mən yarımçıq avadanlıqlarla və borcla tək qaldım (məsələn, LED monitora 38700 AZN borc).

Kaş ki, o zaman hər şeyi dayandırıb kənara çəkiləydim. Lakin dövlət qurumlarından gələn sifarişlər və reallaşmayan digər vədlər məni ürəkləndirdi. Borc alaraq (icarə, əmək haqqı, vergi və s.) davam etdim.

Sonra əmək haqqı gecikdiyi üçün bəzi əməkdaşlarım səbirsizlik edib, məni borc alaraq onların maaşlarını verməyə məcbur etdi. Onları qınamıram.

Ardınca iki dövlət qurumu (biri rüşvət istədiyi üçün, digəri texniki səbəblərdən) təhvil verdiyim işlərin vəsaitini aylarla gecikdirdi. Nəticədə mən icarə, vergi və digər ödənişləri etmək üçün sələm və faiz borclarına girdim.

Həmişə bu vəziyyətin düzələcəyinə inandım, amma getdikcə daha da pisləşdi. Hazırda çiyinlərimdə altından çıxa bilməyəcəyim bir yük var. Dərk etdim ki, mən bunu bacarmayacam.

Övladlarıma və qoca anama görə çox üzülürəm.

Ölümdən əvvəl bu yazını yazmaq istədim ki, məndən sonra əsassız şayiələr yayılmasın.

Mən uğursuz bir biznes planının qurbanıyam. Başqa heç nə.

Əslində, o qədər sözüm var ki... səbrim çatmır yazmağa...

Sizi sevirəm! son xahişim o ki, Allaha məni bağışlaması üçün dua edin!"

Gözbağlıca oyunu - Azər Ərzinin hekayəsi İranda konsul işləyən, "xalq düşməni" kimi güllənən qardaşlar - SSRİ onları necə ələ keçirdi? Şəmistan Əlizamanlı: "Müharibə başa çatdı, mənim mahnı yaradıcılığım da tamamlandı" - Müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Noyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see309

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see232

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see226

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see164

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see147

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see136

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see135

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see135

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see135

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see130

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see130

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see129

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see124

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see122

Əziz Yıldırım: “Bütün İstanbulu buraya yığaram” VİDEO

23 Noyabr 2025 18:52see120

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see119

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri