Icma.az
close
up
RU
Ölümdən sonra qurulan məhkəmə: Günahı necə sübut edir?

Ölümdən sonra qurulan məhkəmə: Günahı necə sübut edir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Cəmiyyətdə hüquqi prosedurlarla bağlı maraq doğuran məqamlardan biri də ölümündən sonra şəxslər barəsində cinayət işinin başlanmasıdır. 

Bəzən xəbərlərdə “ölən şəxs barəsində cinayət işi açılıb” kimi məlumatlarla qarşılaşırıq. Bu isə cəmiyyətdə müxtəlif suallar yaradır. Çünki vəfat etmiş şəxs artıq özünü müdafiə etmək imkanına malik deyil. 

Məsələn, Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb. Ölümündən sonra həmin şəxsə cinayət işi açılıb. 

Belə hallarda cinayət işinin hansı məqsədlə açıldığı, bunun hüquqi əsasları və mərhumun hüquqlarının necə qorunduğu suallar yaradan məsələlərdən biridir. 

Vəfat etmiş şəxslə bağlı hansı hallarda cinayət işi açıla bilər? Vəfat etmiş insan artıq özünü müdafiə edə bilmədiyinə görə istintaqın obyektivliyi necə təmin olunur? 

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında hüquq müdafiəçisi Samir Zeynalov bildirib ki, məhkəmə nəticədən asılı olaraq ya bəraətlə işə, ya da cinayət tərkibi varsa, cəza icra olunmadan icraata xitam verir:

“Qanunvericilikdə zərərçəkmiş şəxslərin hüquqi varisləri olduğu kimi, təqsirləndirilən şəxslərə münasibətdə də hüquqi varis anlayışı qəbul olunur. Belə ki, təqsirləndirilən şəxsin də yaxın qohumları, ailə üzvləri onun hüquqi varisi qismində çıxış edə bilərlər. 

Bəzi hallarda vəfat etmiş şəxslərin əməllərində cinayət tərkibinin olmasına dair ehtimallar yaranır. Belə olan təqdirdə təqsirləndirilən şəxsin hüquqi varisin cinayət tərkibinin araşdırılmasının davam etdirilməsinə razılıq vermək  və ya işin istintaqında xitam verilməsini tələb etmək haqqı var”. 

O qeyd edib ki, bəzən  ölən şəxsin əməlində cinayət tərkibinin olub-olmaması ilə bağlı ehtimal yaranır: 

“Ölən təqsirləndirilən şəxsin hüquqi varisi tələb edə bilər ki, hüquqi varisi olduğu şəxsin əməlində heç bir cinayət tərkibi olmadığına görə məhkəmə qaydasında təsdiqlənərək bəraət verilsin. 

Belə olan təqdirdə iş məhkəməyə qədər aparılır və məhkəmə təqsirləndirilən şəxsin əməlində heç bir cinayət tərkibinin olmadığı qənaətinə gəlsə, cinayət işinə bəraət verilməklə xitam verir. 

Lakin məhkəmə təqsirləndirilən şəxsin əməlində həqiqətən də cinayət tərkibinin mövcud olması qənaətinə gəlsə, ona cəza təyin olunacaq, lakin şəxsin vəfat etməsi səbəbilə həmin cəza icra olunmayacaq və belə olan halda da icraata xitam veriləcək”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: cinayət Samir Zeynalov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 May 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri