Icma.az
close
up
RU
Ölümdən sonraki həyatın SÜBUTLARI

Ölümdən sonraki həyatın SÜBUTLARI

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alimlər hesab edirlər ki, beyində toplanan məlumatlar ölüm anında yox olmur.

Lent.az xarici mediaya istinadla bildirir ki, Corc Vaşinqton Universitetinin tədqiqatçıları gözlənilməz nəticəyə gəliblər: insan beyni ürək tam dayanandan sonra belə müəyyən müddət aktiv qala bilər.

Arizona Universitetinin anesteziologiya üzrə professoru Stüart Qameroff  bu nəticələri belə izah edir: bu məlumatlar insan şüurunun fiziki ölüm zamanı izsiz yox olmadığı, əksinə başqa bir mövcudluq vəziyyətinə keçə biləcəyi ehtimalını gücləndirir.

Təcrübə necə aparılıb?

Təcrübə həyat dəstəkləyici cihazlardan ayırılmasına qərar verilmiş 7 pasiyent üzərində aparılıb. İştirakçılardan 5-i qadın, 2-si kişi olub. Yaşları 34-dən 74-ə qədər dəyişirdi. Pasiyentlər aparatlardan ayırılmamışdan öncə, onların beyin aktivliyi EEQ (elektroensefaloqrafiya) ilə qeydə alınıb.

Beyin fəaliyyətinin tam dayanması (izoelektrik xəttin görünməsi) qeydə alındıqdan sonra pasiyentlər rəsmi olaraq ölü sayılıblar. Lakin bəzi hallarda ölüm qeydə alındıqdan sonra beyində 1 dəqiqədən 20 dəqiqəyə qədər davam edən qeyri-adi elektrik aktivliyi müşahidə olunub.

Ən təəccüblü hadisə nə olub?

Ən maraqlı hadisələrdən biri - ürək dayanandan sonra pasiyentin beynində 30–90 saniyə ərzində güclü qamma dalğalarının baş verməsi olub. Qamma dalğaları insan beynində şüurlu düşüncə, diqqət və məlumatların idrak emalı ilə əlaqələndirilir. Qameroff  hesab edir ki, bu cür məlumatlar insan şüurunun ölüm anında yoxa çıxmadığını göstərə bilər. O, belə ehtimal irəli sürür:

“Beyindəki bütün informasiya yox olmur, sadəcə müvəqqəti olaraq kainata yayılır. Əgər insanı reanimasiya etmək mümkün olsa, bu informasiya bədənə qayıda bilər”.

Bu yanaşma kliniki ölüm zamanı yaşanan və sonradan xatırlanan hadisələri də izah edə bilər.

Alternativ baxışlar: elmi skeptisizm

Elmi ictimaiyyət isə bu məsələdə birmənalı mövqe tutmur. Əksər alimlər hələ də hesab edirlər ki: Şüur yalnız neyron əlaqələrinin və biokimyəvi proseslərin nəticəsidir. Hər hansı qeyri-fiziki şüur mövcud deyil.

Başqa bir daha “yerüstü” izah isə belədir: Ölüm ərəfəsində beyində oksigen çatışmazlığı yaranır və residual (qalıq) impulslar qeydə alınır - bu impulslar beyin sistemlərini son anda bərpa etməyə yönəlik son cəhd ola bilər.

Nəticə

“Ölüm zamanı şüur hara gedir” sualı hələ də açıq qalır. Amma bu kimi araşdırmalar həyatla ölüm arasındakı sərhədlərin öyrənilməsi üçün maraqlı imkanlar yaradır.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri