Ölümlə nəticələnən qəzanı yeniyetmə törədibmiş
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ağdamda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
İdarədən Globalinfo.az-a verilən məlumata görə, Ağdam rayon sakini 17 yaşlı yeniyetmə hüquqsuz idarə etdiyi həmkəndlisinə məxsus “KİA” markalı avtomobillə Quzanlı-Əfətli yolunda hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Yüksək sürət olduğu ehtimal edilən qazada nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb, avtomobilin sürücüsü və sərnişini – 18 yaşlı Çəmənli kənd sakini Cavid Musayev isə xəstəxanaya çatdırılıb. Görülən tədbirlərə baxmayaraq Cavid Musayevin həyatını xilas etmək mümkün olmayıb.
“İki gəncin həyatını dəyişən sözügedən hadisə bir daha göstərir ki, yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən şəxslərin, xüsusilə uşaq və yeniyetmələrin avtomobilin sükanı arxasına keçməsi böyük risk və bəzən də bərpası mümkün olmayan itki deməkdir.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, xüsusilə valideynləri, azyaşlılara örnək olan böyükləri gələcəyimizi təhlükədən birgə qorumağa çağırır”, məlumatda deyilir.
Baxış sayı:153
Bu xəbər 18 Mart 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















