Icma.az
close
up
RU
Kamal Abdulla ilə 75 illik yubiley söhbəti ANONS

Kamal Abdulla ilə 75 illik yubiley söhbəti ANONS

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın “525-ci qəzet”ə müsahibəsindən:

* Müəllimlərim həmişə dəcəlliyimdən şikayət edərdilər. Əgər şeir yazıb, onları çıxıb tədbirlərdə oxumasaydım, direktorumuz Sona müəllimə məni dəqiq məktəbdən qovardı.

* ...Deyir, 2000-ci illərin əvvəllərində onu Azərbayana ezam edirlər. Bu xəbəri eşidəndə dəhşətə gəlir. Çünki həmin dövrdə dünya mətbuatında Azərbaycan vəhşi müsəlman ölkəsi kimi qələmə verilirdi. Ravvin yalvarır ki, məni Azərbaycana göndərməyin. Onun göz yaşlarına baxmayaraq, göndərirlər. O da ailəsi ilə birgə qorxa-qorxa gəlməyə məcbur olur. Təsəvvür edin, illər sonra sözügedən ravvin Azərbaycan vətəndaşı olmaq üçün ərizə verir və məndən də xahiş edir ki, bu işdə ona köməklik edim. Prezident İlham Əliyev həmin ravvinə Azərbaycan vətəndaşı adını verdi. Budur Azərbaycanda multikulturalizm.

* Azərbaycan cəmiyyəti bütöv cəmiyyətdir. Gözlə görülən inkişafla yanaşı, Azərbaycan insanı da zamanla dəyişir. Bu insan artıq ictimai mənafeni şəxsi mənafeyindən üstün tutur. Sizə bir nümunə deyim. Mən bir neçə dəfə cənab Prezidentin vəkili olmuşam. Xatırlayıram ki, ilkin dövrlərdə vətəndaşlarla görüşlərimiz zamanı hamı özünə nəsə istəyirdi - biri damının dağıldığını deyirdi, digəri evinin problemlərindən danışırdı. Ancaq vaxt keçdikcə belə görüşlərdə insanlar bağçalar tikilməsini, yollar salınmasını istəməyə başladılar. Biz bunun çox vaxt üzərindən keçirik, ancaq olduqca həssas və vacib məqamdır.

* Əslində, o adamlarla universitet illərinin dostları olsaq da, bizi daha çox çayxanalar birləşdirdi. Məhz o çayxanalardan yavaş-yavaş meydan hərəkatı doğdu. Biz çayxanalarda bir-birimizlə söhbətlərdən doymurduq. Bu söhbətlər həm ədəbi, həm ictimai, həm siyasi ola bilərdi. Biz beləcə bir-birimizə alışdıq.

* İnsanlarda belə bir fikir formalaşıb ki, əgər yaradıcı adamsansa, deməli, vəzifədə sənin yerin yoxdur. Ancaq bunun ən parlaq nümunəsi Hötedir. O, həm görkəmli şair idi, həm də vəzir. Belə çox adlar çəkə bilərik. Qalstuk heç nəyi həll etmir.

* Heç kim yaşamaq istədiyi həyatı yaşamır. Hamı yaşadığıdan daha gözəl, daha uğurlu bir həyat arzulayır. Fikrimcə, yazan adama nə lazımdırsa, onları edə bilmişəm. Mənim yazı-pozumu qiymətləndirənlər məni anlayan adamlardır. Özüm haqqında danışmağa həmişə bir qədər çətinlik çəkirəm. Hər halda deyə bilərəm ki, ləyaqətlə yaşamağa çalışmışam.

KAMAL ABDULLA İLƏ MÜSAHİBƏNİN TAM VARİANTINI “525-Cİ QƏZET”İN SABAHKI SAYINDA OXUYA BİLƏRSİNİZ!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:542
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri