Ölümündən sonra təltif olunan ANAMA əməkdaşının medalı ailəsinə təqdim edilib
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.


Cəbrayılda iyul ayında minatəmizləmə zamanı baş verən partlayışda həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Raqif İsayevin təltif edildiyi “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” yubiley medalı mərhumun atasına təqdim olunub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin rəhbər şəxsləri Raqif İsayevin ailəsini və məzarını ziyarət edib, xatirəsini anıblar.
Qeyd edək ki, Raqif İsayev sahə üzrə uzunmüddətli, səmərəli fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Ölümündən sonra təltif olunan ANAMA əməkdaşının medalı ailəsinə təqdim edilib
10 Dekabr 2024 16:42
Ölümündən sonra təltif olunan ANAMA əməkdaşının medalı ailəsinə təqdim edilib AZƏRTAC
10 Dekabr 2024 16:04
Cəbrayılda minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb
07 Aprel 2025 15:37
Minaya düşən ANAMA əməkdaşının ayağı amputasiya olunub
07 Aprel 2025 15:44
Ölümündən sonra ailəsinə milyonluq borc miras qoydu
12 Dekabr 2024 19:02

