Icma.az
close
up
RU
““Ölüncə ye”, “ölüncə sev”dən imtinadır” Psixoloqdan MÜHÜM AÇIQLAMA VİDEO

““Ölüncə ye”, “ölüncə sev”dən imtinadır” Psixoloqdan MÜHÜM AÇIQLAMA VİDEO

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son zamanlar sosial şəbəkələrdə müxtəlif trendlər yayımlanır.
Bu trendlərin bir çoxları, təəssüf ki, izləyiciləri neqativ addımlara təşviq edir.
Məsələn, son günlər sosial şəbəkələrdə yayılmış yemək trendi ölümcül nəticələrə səbəb olur.
Bütün dünyada populyarlıq qazanan bu trendə görə, ona qatılan şəxs, belə demək mümkünsə, “partlayana qədər” yeməlidir.
 

Qeyd edək ki, bu trend Cənubi Koreyadan start götürüb və “mukbang” adlanır. “Mukbang” sözü isə “yemək” və “yayım”ı ifadə edir.


Trendin mahiyyəti təklik hissi ilə mübarizədir. Yəni "Mukbang" (mokban) videoları izləyicilərə qarşılıqlı yemək yemək hissi ötürür və beləliklə, tənhalıq hissini azaldır. Çünki yemək yemək bir çox insan üçün stresi azaltmağın bir yoludur. Digər tərəfdən "mukbang" videolarında yemək səsləri bəzi insanlarda rahatlıq verən ASMR effekti (beyin masajı, beyin istirahəti) yaradır.
Gündəmdə olan bu axının son günlərdəki qurbanı isə türkiyəli sosial şəbəkə fenomeni Efecan Kültür olub. 150 minlik səhifəsi olan yeniyetmə daha çox izləyici toplamaq üçün normadan dəfələrlə artıq yemək yedikdən sonra xəstəxanalıq olub. Həmin videodan sonra izləyicilərinin sayı 158 minə çatsa da, o, ölümlə üz-üzə gəlib.
Bundan əvvəl isə iyul ayında Çində Pan Xiaoting adı gənc qız 10 kiloqram yemək yedikdən sonra mədə deformasiyasından ölmüşdü.
Mütəxəssislər valideynlərə xəbərdarlıq edərək uşaqlarını bu zərərli trenddən qorumağı tövsiyə edir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyir ki, insan gözəlliklərdən zövq almalıdır:

“Ən böyük gözəllik də sevgidir. Amma çox təəssüf ki, insanlar arasında sevgi azalıb. Sevgi azlığı və sevgi aclığı da insanları yanlış yollara sürükləyir. Təcrübə göstərir ki, sevgi aclığı bir çox hallarda fizioloji aclığa səbəb olur. Ətrafındakı gözəlliklərdən zövq ala bilməyən insanlar daha çox yeməyə meyl edir. Bu gün heç kimə sirr deyil ki, əsəbiləşən, stress yaşayan insanlar özlərini daha çox yeməklə ovundurmaq istəyir. Çünki yemək məsələsində qarşı tərəfin istəyi olmur. Ancaq sənin istəyin önəm daşıyır. Ona görə insanlar bir çox hallarda çarəsizliklərini aşırı yeməklə dəf etmək istəyirlər. Beləcə, yemək bir növ baş qatmaq, hər şeyi unutdurmaq obyektinə şevrilir. Nəticədə isə çox yeməkdən müxtəlif fəsadlar doğur”.
Müsahibimiz hesab edir ki, bu trend də məhz sevgi qıtlığından qaynaqlanıb:
“Əvvəllər “ölüncə sev” deyirdilər, amma bu trenddə “ölüncə ye” deyirlər. Axı, həddən ziyadə yemək insana necə zövq verə bilər?! Bu cür trendlər daha çox kommersiya məqsədi güdür. Məsələn, sosial şəbəkələrin Azərbaycan seqmentində bir trendə rast gəldim. Bir nəfər izləyicilərə daha çox çiy köftə yeməyi təklif edir. Daha çox çiy köftə yeyənlərə də hansısa mükafatlar vəd edilir. Bu cür trendlər təkcə orqanizmimiz üçün tdeyil, həm insan psixologiyası üçün təhlükədir, faciənin başlanğıcıdır. Nəzərə alaq ki, insanın mədəsi ortalama 700 qram qida qəbul edə bilir. Bundan artıq yemək qəfil ölümə belə səbəb ola bilər. Bundan əlavə, qısa zamanda daha çox qida qəbul etmək təkcə mədəni yükləmir, həm də şüurumuzu, düşüncəmizi korlayır. Ona görə də, belə trendlərdən və ümumiyyətlə çox yeməkdən qaçmaq lazımdır. Həyatda yeməkdən daha çox zövq ala biləcəyimiz şeylərə fokuslanmalıyıq. Onda həyatımız daha maraqlı olar”.

Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri