Icma.az
close
up
RU
Ölüyə “Quran” oxunmalıdır? AÇIQLAMA

Ölüyə “Quran” oxunmalıdır? AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Azərbaycanda geniş yayılan adətlərdən biri insan vəfat etdikdən sonra “Quran” oxumaqdır. Mollalar isə ölən şəxs üçün “Quran” oxuduqlarını bildirərək xətm edirlər. Xətm etmək üçün ödənişlər isə 100- 250 azn arasında dəyişir. Bəzi insanların maddi büdcəsi uyğun olmasa belə, bunu məsuliyyət, vəzifə borcu kimi düşünüb etməyə çalışırlar.
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, edilənlərin ölən insan üçün hansısa faydası yoxdur: “Vəfat edən insan üçün istəyirsinizsə, “Quran” oxutdurun, istəyirsiniz, Bethoven çaldırın, brilliantdan nəisə qoydurun, heç bir faydası yoxdur. Çünki ölən insan üçün artıq “kitab” bağlanıb. Yanlız sağlığında etdiyi əməlləri, yaxşılıqları və ya pislikləri aparır. Məsələn, Yasin surəsi oxunur. “Quran”da 6 236 ayə var və onlardan yalnız bir ayə Yasin surəsində keçir ki, burada Quranın dirilər üçün olduğu xüsusi vurğulanır. Bununla yanaşı Yasin surəsinin 21-ci ayəsində qeyd edilir ki, sizdən heç bir mənfəət güdməyənlərə tabe olun. Burada isə kimsə öz mənfəəti üçün gəlib “Quran” oxuyur. “Xətm” sözü belə sonradan uydurulub. Elə bilirsiniz, mollalar gəlib xətm edir? Peyğəmbərin adından belə bir hədis uydurulub ki, İxlas surəsi “Quran”ın üçdə biridir. Ona görə də ən kiçik surələrdən olan İxlas surəsini üç dəfə oxuyurlar, deyirlər “Quran”ı xətm etdik. Sonra da üfürürlər, kiminsə ruhuna göndərirlər. Əstəğfürullah, elə bil, Allah poçtalyondur, ona göndərirlər, sonra da deyirlər, flankəslərin arasında böl. Belə bir din ola bilər? Bunların hamısı İslamın ruhuna, mahiyyətinə ziddir. İslam dini dirilər üçündür. İnsanın bu həyatda yol xəritəsidir. Bunun düzgün başa düşüb, analiz edib həyatı ona görə yaşamaq lazımdır”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Yanvar 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri