Icma.az
close
up
RU
Gecə sifona basmaq, bazar günü maşın yumaq olmaz Avropanın qəribə qadağaları

Gecə sifona basmaq, bazar günü maşın yumaq olmaz Avropanın qəribə qadağaları

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Avropa ölkələri kənardan nizam-intizamın simvolu kimi görünsə də, bəzi qaydalar bəzən yerli sakinləri belə dəli edir. 

Ölkə.Az xəbər verir ki, bu qağalara bazar günü avtomobilinizi yumaqdan tutmuş gecə yarısı sifon basmağa qədər bir sıra “inanılmaz” qaydalar daxildir.

Odur ki, Avropa ölkələrində mövcud olan bir sıra qadağaları təqdim edirik:

1. Bazar günləri maşınınızı yumağa görə 100 min cərimə

Almaniyada bazar günləri "Ruhetag" və ya "İstirahət Günü" hesab olunur. Bu dincliyi pozan hər hansı bir fəaliyyət qadağandır. Bazar günü avtomobilinizi qapınızın qarşısında yumağa çalışsanız, qonşularınız dərhal polisə zəng edə bilərlər. Kimyəvi maddələrin yerə sızmasının qarşısını almaq üçün Su Ehtiyatlarının Mühafizəsi Qanunu çərçivəsində tətbiq edilən bu qadağa, ştatdan asılı olaraq 100 min avroya qədər cərimə ilə nəticələnə bilər.

2. Saat 22:00-dan sonra tualetin sifonunu basmaq "cinayət" hesab oluna bilər!

İsveçrədə həyat bəzən çox sakit olmalıdır, xüsusən də köhnə mənzil binalarında yaşayanlar üçün. Bir çox mənzil idarəetmə planları "səs-küy çoxluğu" səbəbindən saat 22:00 ilə 07:00 arasında sifona basmağı və ya duş qəbul etməyi qadağan edir. Qonşularınızın yuxusunu pozmamaq üçün bu qaydaya riayət etmək İsveçrədə yalnız nəzakət deyil, həm də praktik olaraq bir zərurətdir.

3. Magistral yolda benzininiz bitərsə, bu sizin günahınızdır

Almaniyanın dünyaca məşhur sürət həddi olmayan magistral yollarında (Autobahn) maşın sürmək xoşdur, eyni zamanda böyük risk daşıyır. Avtomobilinizin benzini magistral yolda qurtararsa və dayanmalı olsanız, bu, "qarşısı alına bilən vəziyyət" hesab olunur və sizi böyük bir cərimə gözləyir. Yanacaq almaq üçün piyada getmək ikinci cərimə ilə nəticələnir, çünki piyadaların magistral yolda hərəkəti qadağandır.

4. Bazar günləri şüşə butulkaları atmaq? Bunu əsla etməyin!

Almaniya və İsveçrədə təkrar emal həyat tərzidir, lakin bunun da məhdudiyyətləri var. Bazar günləri və ya axşam saatlarından sonra şüşə butulkaları təkrar emal qutularına atmaq qəti qadağandır, çünki onlar səs-küy salaraq qonşuluğu narahat edir. "Sadəcə bir butulka cingiltisi səsi çıxarır, nə məsələdir?" deyə düşünməyin. Bələdiyyədən cərimə gələ bilər.

5. Bazar günləri paltar asmaq və qazon biçmək qadağandır!

Bəzi İsveçrə kantonlarında bazar günü balkonunuzda və ya bağçanızda paltar asmaq "görüntü çirkliliyi" və "sakitliyi pozmaq" hesab olunur. Eynilə, bazar günü səs-küylü qazonbiçən işlətmək bütün məhəllənin sizə qarşı çıxması və polisin qapınıza gəlməsi üçün kifayət qədər əsaslı səbəbdir.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Yanvar 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri