Icma.az
close
up
RU
Sahibə Qafarova Omanın XİN başçısı ilə görüşdü

Sahibə Qafarova Omanın XİN başçısı ilə görüşdü

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb.

Modern.az Milli Məclisə istinadla xəbər verir ki, görüşdə xarici işlər naziri Bədr əl-Busaidi parlamentlər arasında münasibətlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrə müsbət təsirini qeyd edərək, bu mənada Milli Məclis sədrinin səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O, ölkələrimiz arasında siyasi, iqtisadi, turizm və biznes sahələrində əməkdaşlıq istiqamətində böyük potensialın mövcud olduğunu bildirib. Bu sahələr üzrə əlaqələrin daha da genişlənməsinə parlamentlərin mühüm töhfə verə biləcəyini söyləyib.

Nazir, Azərbaycanın strateji coğrafi mövqeyinin logistika və nəqliyyat sahələrində geniş imkanlar yaratdığını, Omanın isə əsas beynəlxalq nəqliyyat yollarının kəsişməsində yerləşməsinin birgə əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini vurğulayıb.

Spiker Sahibə Qafarova görüşdə Azərbaycan ilə Oman arasında mövcud münasibətlərin möhkəm əsaslara söykəndiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb.

O, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini, Oman Sultanlığının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması ilə bağlı qəbul edilən sənədlərdə ölkəmizə daim dəstək göstərildiyini vurğulayıb.

Görüşdə Azərbaycanın Oman Sultanlığında səfirliyinin açılmasının ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına imkanlar yaratdığı qeyd edilib. İki ölkənin Xarici İşlər və İqtisadiyyat nazirlikləri arasında təmasların əhəmiyyəti də diqqətə çatdırılıb.

Sahibə Qafarova qanunverici orqanlar arasında əməkdaşlığın yüksək qiymətləndirildiyini, parlament diplomatiyası vasitəsilə qarşılıqlı dəstəyin davamlılığının təmin edilməsi istiqamətində ardıcıl səylərin göstərildiyini bildirib. Qeyd olunub ki, 2023-cü ilin yanvarında iki ölkənin spikerləri arasında baş tutan ilk görüşdən sonra parlamentlərarası əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib, müxtəlif səfər və tədbirlər çərçivəsində qarşılıqlı görüşlər keçirilib.

Tərəflər həyata keçirilən qarşılıqlı təmasların ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd ediblər.

Spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan və Oman sülhpərvər dövlətlərdir və sabitliyin qorunmasına və qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi önəm verirlər. Bu baxımdan iki ölkə arasında əlaqələrin inkişafı həm məntiqli, həm də zəruri xarakter daşıyır.

Görüşdə humanitar əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu çərçivədə Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın bu ölkəyə səfərinin mədəni əlaqələrin, humanitar əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Söhbət zamanı regiondakı mövcud vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra ölkəmizin təşəbbüsü ilə regionda sülh prosesinin başlandığı, xüsusilə Vaşinqton sammitindən sonra Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb. Həmçinin regionda yeni nəqliyyat bağlantılarının yaradılması istiqamətində görülən işlərin regionda sabitliyə və əməkdaşlığa töhfə verəcəyi qeyd olunub.

{gallery}

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2026 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri