Icma.az
close
up
RU
Ombudsman: “Dini abidələr məhv edilib, qəbiristanlıqlarda minalar basdırılıb”

Ombudsman: “Dini abidələr məhv edilib, qəbiristanlıqlarda minalar basdırılıb”

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müsbət təcrübələri təbliğ etməklə yanaşı, bu sahədə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrinin bir araya gəlməsi istiqamətində kifayət qədər mühüm tədbirlər həyata keçirməkdədir.
Belə ki, Azərbaycan son iilər bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib: “İnanıram ki, bugünkü Forumda müzakirə olunacaq məsələlər, səsləndiriləcək məruzələr dinlərarası effektiv dialoqun qurulması, dövlət-din münasibətlərinin konstitusion norma və prinsipləri əsasında daha səmərəli təmini sahəsində mövcud müsbət təcrübələrin təbliği baxımından əhəmiyyətli olacaqdır.
Məlumdur ki, yola saldığımız 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdi. İnsan hüquq və azadlıqlarının ali təminatçısı olan və bu il qəbul olunmasının 30-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını əsas dəyər kimi təsbit etdi, ölkəmizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi üçün hüquqi baza rolunu oynadı.
Dünyəvi dövlət olan Azərbaycanda dövlət və din münasibətlərinin əsası konstitusion səviyyədə təsbit edilib, bütün dini etiqadların qanun qarşısında bərabər olması, hər kəsin vicdan azadlığına malik olması, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməməsi və buna görə təqsirləndirilə bilməməsi kimi normalar Konstitusiyada öz əksini tapmışdır. Konstitusiyamızın bərabərlik hüququnu təsbit edən 25-ci maddəsində də dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi qeyd olunub”.
Ombudsman əlavə edib ki, milli qanunvericilikdə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin, dini cərəyanların yayılması və təbliği qadağan olunub: “Vurğulamaq istərdim ki, dini mənsubiyyətlə bağlı qeyd edilənlər Azərbaycanda yalnız qanunvericilik səviyyəsində deyil, real həyatda da müsbət formada tətbiqi müşahidə edilən məsələlərdir. Ölkəmizdə fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlara dövlət tərəfindən davamlı olaraq dəstək göstərilməsi, multikulturalizmin mənəvi irsimizi zənginləşdirən bir amil kimi təbliğ edilməsi də özü-özlüyündə bu sahəyə töhfə verməkdədir.
Bu il həmçinin Vətən müharibəsində qazandığımız parlaq Zəfərin 5-ci ildönümünü təntənəli olaraq qeyd etdik. Artıq suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş ölkəmizdə, xüsusən Qarabağ və Şərqi Zəngəzurda yeni bir dirçəliş abı-havası hökm sürür. Uzun illər hüquqları kobudcasına pozulmuş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və fundamental hüquqlarının bərpası hər birimizi sevindirir. Lakin təəssüflə qeyd etmək istərdim ki, 30 ilə yaxın davam etmiş Ermənistan işğalı dövründə digər infrastruktur obyektləri ilə bərabər, azərbaycanlılara məxsus olan dini abidələr, qəbiristanlıqlar da dağıdılmış və təhqirə məruz qalıb.
Hazırda həmin məscidlərin və digər dini abidələrin yenidən qurularaq istifadəyə verilməsinə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük diqqət ayrılması xalqımızın əsrlərdir yaşatdığı dini inanclarına ehtiramın göstəricisidir. Artıq Azərbaycan dünyada humanitar təşəbbüslər, dini abidələrin inşasına göstərdiyi dəstəklə də tanınır və bu sahədə Heydər Əliyev Fondunun xüsusi rolu olub. Bugünkü Forumda iştirak edən xarici qonaqların, dini konfessiyaların nümayəndələrinin diqqətinə çatdırmaq istərdim ki, erməni işğalı dövründə məscidlərin, dini abidələrin demək olar ki, hamısı dağıdılaraq məhv edilmiş, təhqirlərə məruz qalmış, qəbiristanlıqlarda kütləvi şəkildə minalar basdırılıb.
Ombudsman təsisatı olaraq, məscidlərin, dini abidələrin və qəbiristanlıqların erməni vandalizm aktlarına məruz qalmalarını əks etdirən faktları aidiyyəti hesabatlarımızda əks etdirərək dünya ictimaiyyətinin, o cümlədən müxtəlif dini icma və konfessiyaların diqqətinə çatdırmışıq.
Eyni zamanda paytaxt və regionları əhatə etməklə, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, dini icmalarla əməkdaşlıqda insan hüquqlarının müxtəlif aspektləri, o cümlədən dini tolerantlıq, multikulturalizm, vicdan azadlığı, dinlərin sülhə töhfəsi və digər mövzularda davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirməkdəyik. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Prezidentinin müdrik hərbi-diplomatik siyasəti nəticəsində regionda sülhün bərqərar olunması və bununla da insan hüquqlarının inkişafı istiqamətində mühüm addımlar atılıb. Əldə olunan bu kimi nəticələr ölkəmizi regional və qlobal müstəvidə sülh, təhlükəsizlik və humanitar əməkdaşlığın təşviqinə yönələn təşəbbüslərin fəal iştirakçısına çevirib”.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Dekabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri