Qarabağdakı dini abidələr müzakirə ediləcək
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının ictimai müzakirəsi keçiriləcək.
Modern.az-ın məlumatına görə, məsələ parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.
Bundan əlavə, dini abidələrin durumu və ictimai birliklərin mövcud durumu ilə bağlı ictimai müzakirələrin keçirilməsi də layihədə öz əksini tapıb.
İctimai müzakirələr payız sessiyası müddətində Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin cavabdehliyində baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















