Icma.az
close
up
RU
Ombudsman insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət istiqamətlərini açıqlayıb

Ombudsman insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət istiqamətlərini açıqlayıb

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət istiqamətləri açıqlanıb. SİA xəbər verir ki, Ombudsman Səbinə Əliyeva 30 iyul “İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar məqaləsində bu barədə məlumat verib.

Ombudsman qeyd edib ki, insan alverinə qarşı mübarizə qanunvericiliyin təkmilləşdirilməsi, insan alveri qurbanlarının hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası prosesinə dəstək verilməsi, preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq dövlət qurumlarına təkliflərin ünvanlanması, hüquqi maarifləndirmə, dövlət orqanları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıq, insan alveri üzrə mübarizə sahəsində qəbul olunmuş strateji sənədlərin icrası prosesində yaxından iştirak etmə və s. kimi istiqamətləri əhatə edir.

"Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər sırasına Cinayət Məcəlləsinə insan alverinə qarşı müvafiq maddənin salınması, qadın hüquqlarına, gender bərabərliyinə və ailədə zorakılığın qarşısının alınmasına dair qanunvericilik aktlarının hazırlanması ilə bağlı təklifləri aid etmək olar" - S. Əliyeva əlavə edib.

O bildirib ki, Ombudsman Milli Məclislə səmərəli əməkdaşlıq əlaqələri yaradıb:

"Parlamentdə müzakirəyə çıxarılan hər qanun layihəsi öncədən Ombudsmana göndərilir və tərəfimizdən bu qanun layihələrinə baxılır və müvafiq təkliflər verilir".

S. Əliyeva vurğulayıb ki, Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən ötən dövr ərzində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nəzarətində olan Müvəqqəti Saxlama Yerinə (MSY) və insan alveri qurbanları üçün nəzərdə tutulmuş sığınacağa əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilib:

"Bu başçəkmələr zamanı saxlanılan şəxslərlə fərdi söhbətlər aparılıb, onların saxlanma şəraiti, rəftar və hüquqi təminat məsələləri öyrənilib, hüquqları barədə məlumatlandırma işləri aparılıb, həmçinin qeydə alınan müşahidələr əsasında aidiyyəti qurumlara müvafiq tövsiyələr təqdim edilib.

Məsələn, insan hüquqlarının müdafiəsi, o cümlədən zorakılığa məruz qalmış qadın və uşaqlar üçün krizis mərkəzlərinin, cəzaçəkmə müəssisələrindən azad edilmiş yeniyetmələr üçün sığınacaqların, valideyn himayəsindən məhrum olan uşaqlara yardım mərkəzlərinin yaradılması kimi təkliflər bu qəbildəndirlər".

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının 2013-cü il 18 dekabr tarixli qətnaməsi ilə 30 iyul “İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü” elan edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyul 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri